SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sosial könüllülərlə görüş keçirilib-FOTO

Sosial könüllülərlə görüş keçirilib-FOTO
15-01-2021, 17:12

Naxçıvan şəhərində yerləşən Gənclər Mərkəzində Sosial könüllülük proqramını uğurla bitirmiş könüllülər və layihəyə yeni cəlb edilmiş gənclərlə görüş keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbirdə çıxış edən Nахçıvаn Muхtаr Rеspublikаsı Əmək və Əhаlinin Sоsiаl  Müdаfiəsi naziri Nicat Babayev bildirib ki, bu gün muxtar respublikamızda gənclərin hərtərəfli inkişafı və ölkəmiz üçün layiqli vətəndaş kimi formalaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu baxımdan, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” və 2019-cu il 03 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamları mühüm əhəmiyyətə malikdir. Nazir qeyd edib ki, bir qrupu Nazirliyin hamiliyinə verilmiş sosial iş ixtisasının tələbələri olmaqla, sosial könüllülərin iştirakı ilə ötən il ərzində 11 yaradıcılıq və bilik müsabiqəsi təşkil olunub, xüsusi qayğıya ehtiyacı olan şəxslərə göstərilən sosial xidmətləri əhatə edən 50-ə yaxın tədbirdə könüllülərin iştirakı təmin edilib, ötən dövr ərzində sosial könüllülük layihəsinə cəlb edilmiş 34 nəfər müvafiq sertifikatlarla təmin edilib, əlamətdar günlər münasibətilə 5 sosial könüllü mükafatlandırılıb, keçirilən tədbirlərdə fəal iştirakına görə 14 könüllü təltif olunub. N.Babayev muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan şəxslərə, eləcə də gənclərə göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə dərin minnətdarlığının bildirib. Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı  Cəbi Quliyev isə öz çıxışında muxtar respublikada son illərdə geniş vüsət alan könüllülük hərəkatından bəhs edib, bu istiqamətdə görülən işlərdən danışıb. Vurğulanıb ki, sosial könüllülük layihəsinin həyata keçirilməsində əsas məqsəd könüllülük fəaliyyətinin ictimai, sosial və tərbiyəvi əhəmiyyətinin təşviqi, bu prosesə gənclərin qoşulmasının təmin edilməsi, sosial sahədə çalışacaq könüllülərin yetişdirilməsi və gələcəkdə onların dövlət qurumlarında işlə təmin olunması imkanlarının artırılmasından ibarətdir. Könüllülərdən Səbinə Babayeva və Gülcan Əlizadə çıxış edərək könüllülük layihələrinin gənclərin həyatındakı əhəmiyyətindən danışıb, yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər. Tədbirin davamında, sosial könüllülərin iştirakı ilə ötən dövr ərzində keçirilmiş tədbirlərin görüntülərindən ibarət videoçarx nümayiş etdirilib. Daha sonra Sosial könüllülük layihəsinin ikinci mərhələsini uğurla başa vuran gənclərə müvafiq sertifikatlar verilib.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Mart 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031