SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kəngərli rayon İcra Hakimiyyətində maarifləndirici tədbir keçirilib-FOTO

Kəngərli rayon İcra Hakimiyyətində maarifləndirici tədbir keçirilib-FOTO
15-01-2021, 17:00

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi və  Kəngərli rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonunun kənd icra nümayəndələri, bələdiyyələr və digər müəssisə təşkilat rəhbərlərinin iştirakı ilə yaşayış məntəqələrində qış mövsümü dövründə qaz cihazlarından istifadə zamanı texniki və yanğın təhlükəsizlik qaydalarına əməl olunması, yaşayış sahələrində dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri, onun qarşısının alınması ilə bağlı görüləcək qabaqlayıcı tədbirlər mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat  xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,tədbiri giriş sözü ilə Kəngərli rayon İcra Hakimiyyətinin ərazi idarəetmə şöbəsinin müdiri Ağa Seyidov açaraq keçirilən tədbirin kənd sakinləri üçün vacib olduğunu qeyd edərək, günün ən aktual məsələlərindən biri olan mülkiyyətlərin yanğınlardan qorunması sahəsində görüləcək tədbirlərin zəruriliyini vurğulamışdır.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin rəisi daxili xidmət mayoru Hasil Məmmədov çıxış edərək iştirakçılara payız-qış mövsümünə hazırlıqla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən idarə, müəssisə və təşkilatların həmçinin ictimai yaşayış binalarının qızdırılması üçün quraşdırılmış qazanxanalarda texniki və yanğın təhlükəsizliyinə riayət olunması, ocaqçıların peşə kurslarına cəlb olunması ilə bağlı görülmüş işlər həmçinin qaz cihazlarından düzgün istifadə edilməsi və dəm qazından zəhərlənmə hallarının qarşısının alınması haqqında tədbir iştirakçılarına vacib tövsiyələr vermişdir.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Kəngərli rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin Dövlət Yanğın Nəzarəti Bölməsinin rəisi daxili xidmət kapitanı Natiq Hüseyinli rayonun kənd yaşayış məntəqələrində yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə bağlı görülmüş tədbirlər haqqında vətəndaşların maarifləndirilməsi sahəsində aparılan işlərlə bağlı məlumatlar vermişdir.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin fövqəladə halların xəbərdar edilməsi şöbəsinin texniki tənzimləmə işinin təşkili sektorunun müdiri dövlət qulluqçusu Aydın Quliyev qış mövsümü dövründə idarə, müəssisə və təşkilatlara məxsus fərdi və mərkəzləşdirilmiş qazanxana sistemlərində texniki təhlükəsizlik qaydalarına əməl edilməsi və profilaktiki tədbirlərin həyata keçirilməsi məqsədilə görülümüş işlər və qarşıda duran vəzifələr haqqında  məlumat verib.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Kəngərli rayon Polis Şöbəsinin Ictimai təhlükəsizlik bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis kapitanı Toğrul Mustafayev payız-qış mövsümünə hazırlıqla bağlı rayon Polis Şöbəsinin və Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin əməkdaşları ilə birgə rayon ərazisində yaşayış məntəqələrində qaz və elektrik təsərrüfatından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması və israfçılıq hallarınıln qarşısının alınması məqsədi ilə görülmüş tədbirlər həmçinin qaz və elektrik enerjisindən qeyri qanununi istifadə hallarına yol verilməməsi məqsədilə ətraflı məlumatlar vermişdir.

Tədbirə Kəngərli rayon İcra Hakimiyyətinin ərazi idarəetmə şöbəsinin müdiri Ağa Seyidov yekun vuraraq bu maarifləndirici tədbirin iştirakçılar üçün vacib olduğunu, məişətdə qaz və elektrik cihazlarından istifadəyə daha da diqqətli olunmasını vurğulamış və mülkiyyətlərin yanğınlardan qorunması üçün tədbir iştirakçılarına məlumatlar vermişdir.

Tədbirdə iştirakçılar tərəfindən verilən suallara aydınlıq gətirilərək cavablandırılmış və iştirakçılara qaz cihazlarından istifadə və yanğın təhlükəsizliyi qaydaları ilə bağlı slayd və videoçarx təqdim olunmuşdur.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Mart 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031