SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində Cəlil Məmmədquluzadənin hekayələrinin müzakirəsi keçirilib

Naxçıvan Dövlət Universitetində Cəlil Məmmədquluzadənin hekayələrinin müzakirəsi  keçirilib
28-03-2019, 17:10

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Oxunması zəruri olan kitablar: Cəlil Məmmədquluzadənin hekayələrinin müzakirəsi” keçirilib.
Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov 17 yanvar 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi barədə sərəncamını diqqətə çatdırıb.
Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti Xanəli Kərimli “Cəlil Məmmədquluzadənin hekayələrində kiçik adam obrazı” mövzusunda çıxış edib. Qeyd olunub ki, Azərbaycanın ədəbiyyat tarixində, azərbaycançılıq ideologiyasının formalaşmasında əvəzsiz xidmətləri olan böyük demokrat yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin geniş yaradıcılığının özünəməxsusluğu, ədibin ictimai-tarixi şəraiti, dövrü, mühiti, o dövr insanların sosial vəziyyəti, cəmiyyətdəki mövqeyi, azadlıq və əsarəti, onun həmişəyaşar əsərlərindəki “kiçik” adamların talehlərindən bəhs olunur.
Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Sədaqət Həsənova “Azərbaycan dilinin inkişafında Mirzə Cəlilin rolu”ndan bəhs edərək bildirib ki, Azərbaycan demokratik fikrinin görkəmli şəxsiyyətlərindən biri olan Cəlil Məmmədquluzadə zəhmətkeş kütlələrin avamlığını, başqa xalqlara nisbətən ictimai, siyasi və mədəni cəhətdən geridə qaldığını nəzərə alaraq, mətbuatda gedən yazıların sadə, aydın, hamının başa düşəcəyi dildə verilməsini təkidlə tələb edirdi.


Naxçıvan Dövlət Universitetində Cəlil Məmmədquluzadənin hekayələrinin müzakirəsi  keçirilib
Naxçıvan Dövlət Universitetində Cəlil Məmmədquluzadənin hekayələrinin müzakirəsi  keçirilib
Naxçıvan Dövlət Universitetində Cəlil Məmmədquluzadənin hekayələrinin müzakirəsi  keçirilib

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930