21:25 - Dənizdə dalğanın hündürlüyü 2,8 mətrə çatıb, güclü külək əsir - Faktiki Hava
21:11 - ABŞ Konqresinə giriş-çıxış məhdudlaşdırılıb
20:47 - Yeni türk və qırğız kanalları “Azerspace-1” peyki üzərindən yayıma başladı
19:56 - Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib-FOTO
19:33 - Məktəblilər arasında “Şəhidlər unudulmur” mövzusunda inşa yazı müsabiqəsi keçirilib
19:05 - “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
18:45 - Kəlbəcərin Alolar kəndi-FOTO
18:35 - Azərbaycanda 503 nəfər COVID-19-dan sağalıb, 118 nəfər yoluxub, 13 nəfər vəfat edib
18:26 - İsmayıl Hacıyev alim və ictimai xadim kimi-FOTO
18:16 - Azərbaycanla Türkiyə arasında yeni memorandum müzakirə ediləcək
17:50 - Azərbaycanda daha bir erməni terrorçu barəsində cinayət işi başlanıldı
17:30 - Təhsil Nazirliyində ilin yekunları müzakirə olunub-FOTO
17:21 - Yeni zavodda 60-90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsulları istehsal olunacaq
17:10 - İran və Türkiyə arasında dəmir yolu sahəsində sənədlər imzalanıb
Ordubad rayon Rabitə İdarəsində payız-qış mövsümünə hazırlıqla bağlı maarifləndirici tədbir keçirilib
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin və rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin və Ordubad rayon Rabitə İdarəsinin əməkdaşlarının iştirakı ilə mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı “Mülki müdafiə, föqəladə hallardan qorunma və yanğın təhlükəsizliyinin təmin olunması günümüzün zəruri tələbidir” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Fövqəlаdə Hаllаr Nаzirliyinin mətbuаt хidmətindən -NAXCİVANXEBERLERİ.COM -a verilən məlumata görə,tədbirin əsas məqsədi Ordubad rayon Rabitə İdarəsinin işçi heyətinə mülki müdafiə, fövqəladə hallardan qorunma, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qaz və elektrik təsərrüfatı, dəm qazının yaranmasının qarşısının alınması və yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müəyyən edilmiş qaydalar haqqında məlumat vermək olmuşdur.
Tədbiri giriş sözü ilə açan Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin Mülki müdаfiə işinin təşkili şöbəsinin bölmə rəisi mayor Rəcəb Səfərov maarfiləndirici tədbirin əhəmiyyətindən bəhs etmiş və “Payız-qış mövsümündə fövqəladə hallara hazırlıq işinin aparılması günün zəruri tələbidir” mövzusunda iştirakçılara məlumat vermişdirş.
Mülki müdаfiə işinin təşkili şöbəsinin baş məsləhətçisi Əbülfəz Qafarov muxtar republika üçün ehtimal olunan təbii fəlakətlər haqqında məlumat verib. Məruzəçi təbii və texnogen qəzalar zamanı davranış və fəaliyyət qaydaları, təbii fəlakətlərə hazırlıq, eyni zamanda təbii fəlakətlərdən sonrakı davranış qaydaları haqqında iştirakçılara məlumat verib.
Ordubad rаyоn Dövlət Yаnğın Təhlükəsizliyi Şöbəsinin Dövlət Yаnğın Nəzаrəti Bölməsinin inspektoru dахili хidmət baş leytenantı Ağahüseyin Məmmədov qaz və elektrik təsərrüfatından istifadə zamanı yanğın təhlükəsizliyi qaydaları, istifadə olunmayan məişət-elektrik avadanlıqlarının davamlı olaraq cərəyana qoşulu qalmasının təhlükəli tərəflərindən və dəm qazının yaranmasına səbəb olan amillər, bu amillərin aradan qaldırılması və zəhərlənmə zamaı ilk yardım qaydaları haqqında tədbir iştirakçılarına məlumat verib.
Sonda tədbir iştirakçıların verdiyi suallar cavablandırılmış, mövzulara aid video-çarxlar, slaydlar təqdim edilmişdir.