SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində 2020-cı ilin dekabr ayında görülən işlər

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində 2020-cı ilin dekabr ayında görülən işlər
8-01-2021, 16:09

 Muxtar respublikada əhaliyə nümunəvi rabitə və internet  xidmətlərinin göstərilməsi 2020-ci ilin dekabr ayında da uğurla davam etdirilmişdir.

        Bu gün muxtar respublikada rabitə və yeni texnologiyaların inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, yaşayış məntəqələri tamamilə telefonlaşdırılmış, müasir rabitə sistemləri qurulmuş, sürətli internetə çıxış təmin olunmuşdur. Həyata keçirilən  tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə dekabrın 8-də Kəngərli rayonunda telekommunikasiya sistemi və yeni Rabitə Evi istifadəyə verilmişdir. Yeni inşa olunan Rabitə Evində yerləşən 352 nömrəlik mərkəzi avtomat telefon stansiyası vasitəsilə 167 abonentə rabitə xidməti, 78 abonentə isə genişzolaqlı internet xidməti göstəriləcəkdir.

     Bunlarla yanaşı, ay ərzində Duzdağ Radio-Televiziya Verici Stansiyasında yerləşən optik modem dayağı yenidən işlənərək səliqəyə salınmış, Fövqəladə Hallar Nazirliyinin Qaraxanbəyli kəndində yerləşən hərbi hissəsində istismar olunan Karel DS200M tipli Avtomat Telefon Stansiyasında yaranan nasazlıq aradan qaldırılmışdır.

    Həmçinin, Şərur rayon Qaraburc kəndində dekabr ayında 128  nömrə tutumlu  yeni nəsil Avtomat Telefon Stansiyası quraşdırılmış, Ordubad rayon Nüsnüs və Yuxarı Əndəmic kəndlərində açıq havada yerləşən yeni nəsil Avtomat Telefon Stansiyasıları yeni tikilən kənd mərkəzlərindəki rabitə evlərinə köçürülmüşdür.

   Stasionar telefon şəbəkəsinin genişləndirilməsi məqsədilə həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq  ay ərzində  muxtar respublika üzrə mövcud avtomat telefon stansiyalarının  nömrə tutumları  artırılmış,  ümumilikdə 205 yeni telefon nömrəsi abonentlərin istifadəsinə verilmişdir. Bunlarla yanaşı, istismar müddəti ərzində rabitə və abunə qurğularında yaranmış nazaslıqların aradan qaldırılması  istiqamətində də operativ və zəruri tədbirlər həyata keçirilmiş,  istismar olunan zaman sıradan çıxmış avadanlıqlar yeniləri ilə əvəz olunmuşdur.

  Ay ərzində muxtar respublikada fiber-optik xətt çəkilişi də diqqət mərkəzində saxlanılmış, istismar müddəti ərzində yaranmış nasazlıqlar qısa zamanda aradan qaldırılmışdır.

    Əhalinin keyfiyyətli internet xidmətləri ilə təmin olunması daim diqqət mərkəzində saxlanılmış, ay ərzində 557 abonent internetlə təmin olunmuş, “Evədək optika” layihəsi çərçivəsində 7 fərdi mənzilə fiber-optik kabel xətləri çəkilmiş və zəruri avadanlıqlar quraşdırılmışdır. Qeyd olunanlarla yanaşı,  müraciətlərinə uyğun olaraq  əhaliyə və  dövlət qurumlarına texniki dəstək və  metodiki köməkliklər göstərilmiş, yaranmış  çətinliklərin aradan qaldırılması istiqamətində  zəruri texniki tədbirlər həyata keçirlimişdir. 

    Nazirlik  tərəfindən qeyd olunan dövrdə kadr hazırlığı da diqqət mərkəzində saxlanılmış, Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində təşkil olunan kurslara ümumilikdə, 146 qrup olmaqla 364 dinləyici cəlb edilmişdir.

    Həmçinin, ay ərzində Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin informasiya texnologiyaları ixtisasının dördüncü kurs tələbələri Rabitə və Yeni Texnologiyalar Nazirliyində istehsalat təcrübəsi keçmiş, Nazirliyin tabeli qurumlarının fəaliyyəti ilə tanışlığı təşkil edilmişdir.

     Muxtar respublikada rabitə və yeni texnologiyaların tətbiqi və inkişafı istiqamətində işlər bundan sonra da davam etdiriləcək, əhaliyə nümunəvi rabitə və internet xidmətləri göstəriləcəkdir.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31