15:17 - Nazir: "Azərbaycan və Ermənistan nəqliyyat və energetika dəhlizlərinin açılması üzərində işləyir"
15:08 - Ümid etmək istərdik ki, ABŞ administrasiyası tarixi səhvə yol verməyəcək - Hikmət Hacıyev
14:52 - Bu il 64 min hektara yaxın sahədə pambıq çiyidi səpilib
14:44 - Sabahın hava proqnozu açıqlanıb
14:38 - İşə qəbul zamanı sosial sığorta şəhadətnaməsi tələbi ləğv edildi
14:29 - Agentlik: Vətən müharibəsinin 700-ə yaxın qazisi işlə təmin olunub
14:20 - Sabah Bakının yolları növbəti dəfə dezinfeksiya ediləcək
14:13 - Amerikalı ekspert: "Bayden “erməni soyqırımı”nı tanımağın nəticələrinə hazır deyil"
14:00 - Dünyada ötən sutka koronavirusa 874 mindən çox yoluxma qeydə alınıb - ÜST
13:51 - Azərbaycanın əsas hədəfləri Meksika televiziyasında
13:39 - Türkiyə sahillərində zəlzələ qeydə alınıb
13:30 - Məcburi köçkünlər arasında Qarabağa qayıdışla bağlı keçirilən sorğu başa çatır
13:22 - 25 subartezian quyusunun qazılması üçün 1,75 milyon manat ayrılıb - Sərəncam
13:20 - I sinfə qəbulla bağlı Alternativ Qeydiyyat Mərkəzləri fəaliyyət göstərəcək
ANAMA cəbhəboyu ərazilərdə 1 141 ədəd mina və PHS zərərsizləşdirib
6-7 yanvar tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Füzuli, Qubadlı, Zəngilan, Tərtər rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 6 (altı) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 1 (bir) müraciət daxil olub.
ANAMA-dan verilən məlumata görə, daxil olmuş 7 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 13 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 216 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə mina, 40 ədəd tank əleyhinə mina, 2 ədəd silah, 2 ədəd təlim mərmiləri, 3 527 ədəd müxtəlif çaplı patronlar və 11 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Agentliyin partlayış qrupu tərəfindən 1 141 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 641 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.