SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Naxçıvan Muxtar Respublikası müstəqillik yollarında” adlı respublika elmi konfransı keçirilib-FOTO

“Naxçıvan Muxtar Respublikası müstəqillik yollarında” adlı respublika elmi konfransı keçirilib-FOTO
28-12-2020, 11:00

Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətininelmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikirverməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”bu sözlər Naxçıvan Dövlət Universitetində keçirilən “Naxçıvan Muxtar Respublikasımüstəqillik yollarında” adlı konfransda səsləndirilib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,universitetin rektoru Elbrus İsayevqeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovunrəhbərliyi ilə muxtar respublika 20 ildən artıq bir dövrdə hərtərəfli inkişafa nail olub, əslintibah səviyyəsinə yüksəlib. Həyatın bütün sahələrində əsaslı dəyişikliklər baş verib və buişlər bu gün də sürətlə və ardıcıl olaraq davam etdirilir. Rektor diqqətə çatdırıb ki, NaxçıvanMuxtar Respublikasında təhsilin, maarif və mədəniyyətin inkişafı Muxtar Respublikanınsosial-iqtisadi inkişafı ilə qırılmaz surətdə əlaqədar olub, bütövlükdə ölkəmizdə həyatakeçirilən düzgün, düşünülmüş inkişaf strategiyasının məntiqi nəticəsidir.“1995-2003-cü illərdə Naxçıvan Muxtar Respublikasının ictimai həyatında milli–mənəvi dəyərlər” adlı çıxışında Azərbaycan tarixi kafedrasının tarix üzrə fəlsəfə doktoruQadir Əkbərov vurğulayıb ki, milli dəyərlərimizin qorunması və gələcək nəsillərəçatdırılması bu gün daha çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqınınformalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsindədə xüsusi rolu vardır. Qeyd edilib ki, hər bir ölkə və xalq üçün onun milli dəyərləri hərşeydən üstün tutulmalı, qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və budəyərlərə sadiq olmalıyıq.Universitetin İngilis dili və tərcümə kafedrasının müəllimi Aidə Cəlilzadə“Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafına dövlət qayğısı”adlı çıxışında qeyd edib ki, Ümummilli Liderimiz təhsilə üstün istiqamət verərək “Təhsilmillətin gələcəyidir” deyirdisə, bu yolu davam etdirən ölkə rəhbəri cənab İlham Əliyevtəhsilə “Azərbaycanın gələcəyini müəyyən edən prioritet sahə” kimi yüksək dəyər verərəkiqtisadi potensialın insan kapitalına çevrilməsini bir vəzifə olaraq qarşıyaqoyub. Vurğulanıb ki, ölkə təhsilinin inkişafı məqsədilə nəzərdə tutulan proqramlar vəlayihələr bütün ölkədə olduğu kimi, muxtar respublikada da uğurla həyata keçirilir.“Naxçıvanda azad iqtisadı zonanın yaradılması perspektivləri” adlı çıxışındauniversitetin “İqtisadiyyat” kafedrasının müəllimi Elşən Nəsirov bildirib ki, ticarətinhəvəsləndirilməsi, ticarət əməliyyatlarının sürətlənməsi, ticarət xərclərinin azaldılmasıməqsədilə yaradılan azad iqtisadi zona 1934-cü ildə ABŞ-da qüvvəyə minən xüsusi qanunlabaşlanıb. Dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında da bazarmünasibətlərinin dərinləşməsi, biznes fəaliyyətinin genişlənməsi istiqamətində Azadİqtisadi Zonaların yaradılmasının mühüm iqtisadi önəmi vardır. Son illərdə aparılandavamlı islahatlar siyasəti ölkəmizin iqtisadi qüdrətinin daha da güclənməsinə imkanyaradıb, dinamik sosial-iqtisadi inkişafa təkan verib.Konfrans “Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasının siyasi-iqtisadiinkişafı” və “Müstəqillik dövrü Naxçıvan Muxtar Respublikasında ictimai və mədəniproseslər” adlı bölmə iclasları ilə davam edib.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031