SON DƏQİQƏ

naxcivanxeberleri.com

Slovakiyalı turist: “ Naxçıvan qədimliyi ilə bərabər müasirliyin vəhdətidir”

Slovakiyalı turist: “ Naxçıvan qədimliyi ilə bərabər müasirliyin vəhdətidir”
24-03-2019, 16:31

“Naxçıvan tarixnə nəzər salanda, qədimliyi,tarixi adət-ənənəsi diqqətimi çəkdi və bu şəhər ilə tanış olmaq istədim.Ancaq bu şəhəri gəzib,tanıdıqdan sonra əmin oldum ki,bura heçdə Avropa şəhərlərindən geri qalmır.Ona görədə tam əminlik ilə deyə bilərəm ki, Naxçıvan qədimliyi ilə bərabər müasirliyin vəhdətidir”.
Bu sözləri NAXCİVANXEBERLERİ.COM-a müsahibəsində Slovakiyalı turist Petir Tabaçko deyib.Slovakiyalı turist: “ Naxçıvan qədimliyi ilə bərabər müasirliyin vəhdətidir”
Səyahət etməyə ölkə axtarırdıq.İnternetdə araşdırma apardım.Azərbaycanda Novruz bayramının çox maraqlı qeyd olunduğnu araşdırıb gördüm.Biraz daha araşdırma apardım.Naxçıvanın qədimliyi və adət-ənənəsi diqqətimi çəkdi.Ona görədə bura gəlmək qərarına gəldik. Qafqaz turizm vasitəsi ilə bura gəldik.Artıq gəldiyim gündən bir də bura nə zaman yenidən səfər edə biləcəymi düşünürəm. Bu şəhərdə muzeylər çoxdu.İlk olaraq düşündüm ki, burdakı muzeylər ilə tanışlıq mənim ən az 200-300 avromu alacaq.Ancaq burda muzeylərin pulsuz olması heç vaxt ağlıma gəlməzdi. Tarixi ilə bərabər bura həm də çox müasir bir şəhərdi.Tam əminliklə deyə bilərəm ki, bura heçdə hansısa Avropa şəhərindən geri qalmır.Tarixiliyi ilə bərabər müasir memarlığı özündə əks etdirən şəhər, kafe və restoranların çox yüksək səviyyədə xidməti məndə bir fikir formalaşdırır ki,Naxçıvan qədimliyi ilə bərabər müasirliyin vəhdətidi.

Slavka Tabaçkova: “Naxçıvanı belə təsəvvür etmirdik”
Bilirsiz şəhərin gözəlliyi ilə bərabər yeməkləridə məni valeh etdi.Biz Ordubadda olduq.Burda bizə milli mətbəxnizin nümunəsi olan Ordubad qayğanağı verdilər.Çox ləziz bir yemək idi.Deyə bilərəm ki, biz Naxçıvanı belə təsəvvür etmirdik.İnsanların tolerantlığı,milli qonaqpərvərliyi və mehribanlığı məni çox sevindirdi.
Slovakiyalı turist: “ Naxçıvan qədimliyi ilə bərabər müasirliyin vəhdətidir”Slovakiyalı turist: “ Naxçıvan qədimliyi ilə bərabər müasirliyin vəhdətidir”

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930