SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan məktəbliləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər - FOTOLAR

Naxçıvan məktəbliləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər - FOTOLAR
24-03-2019, 14:43

Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında paytaxt Bakıya maarifləndirici tur-aksiyası davam edir. Tur-aksiyada Naxçıvan Muxtar Respublikasının 1 şəhər və 7 rayonunun orta ümumtəhsil məktəblərindən 160 şagird, 18 bələdçi-müəllim, 2 həkim iştirak edir.

NAXCİVANXEBERELERİ.COM xəbər verir ki, tur-aksiya çərçivəsində iştirakçılar martın 24-da Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Sonra tur-aksiya iştirakçıları Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüblər.

Bakı ilə tanışlıq, Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət etmək şagirdləri duyğulandırıb.

Naxçıvanlı şagird Ələsgərova Səkinə müxbirimizə müsahibəsində deyib: “Azərbaycanın müstəqilliyi, suverenliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq. Şəhidlər xiyabnını ziyarət etmək mənim çoxdankı arzum idi. Prezidentimizə öz təşəkkürümü bildirirəm ki, biz şagirdlərə belə bir şərait yaradıb və mənim arzum bu gün reallaşdı”.

Xatırladaq ki, artıq altıncı ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən, Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halını alıb.

Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.


Naxçıvan məktəbliləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər - FOTOLARNaxçıvan məktəbliləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər - FOTOLAR
Naxçıvan məktəbliləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər - FOTOLAR
Naxçıvan məktəbliləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər - FOTOLAR

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930