SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azad edilmiş ərazilərin bərpası Azərbaycan iqtisadiyyatının inkişafına mühüm töhfə verəcək - Mikayıl Cabbarov

Azad edilmiş ərazilərin bərpası Azərbaycan iqtisadiyyatının inkişafına mühüm töhfə verəcək - Mikayıl Cabbarov
23-12-2020, 12:29

İşğaldan azad edilmiş ərazilərin bərpa edilməsi Azərbaycan iqtisadiyyatının inkişafına mühüm töhfə verəcək.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, torpaqların işğaldan azad edilməsi nəticəsində regionda yeni nəqliyyat qovşaqlarının açılması sayəsində biznes mühitinin yeni simasının formalaşmasına mühüm töhfə verəcək ki, bu da gəlirlərin artmasına səbəb olacaq.

M.Cabbarov deyib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə dövlət maliyyəsi ilə yanaşı özəl sektordan vəsaitin cəlb edilməsi də nəzərdə tutulur. Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışla bağlı konsepsiya İqtisadi Şurada müzakirə edilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930