SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şagirdlər "Naxçıvan" Universiteti ilə tanış olublar

Şagirdlər
23-03-2019, 19:49

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində martın 23-də Bakı şəhərinin Sabunçu, Suraxanı, Nizami, Xəzər, Nərimanov və Pirallahı rayonlarının məktəblərindən 180 şagird Naxçıvan Muxtar Respublikasına gəlib.

NAXCİVANXEBERLERİ.COM
xəbər verir ki, tur-aksiya çərçivəsində Bakı şəhərindən gələn şagirdlər Naxçıvan şəhərində yerləşən nüfuzlu ali təhsil müəssisələri ilə tanış olublar. “Naxçıvan” Universiteti ilə tanışlıq şagirdlərin marağına səbəb olub.

Ali təhsil ocağında şagirdlərə məlumat verilib ki, 1999-cu ildən fəaliyyət göstərən universitetdə hazırda 4 fakültə, 10 kafedra, 6 şöbə var. 2015-ci il sentyabrın 15-də “Naxçıvan” Universiteti üçün inşa olunan yeni universitet şəhərciyi istifadəyə verilib. Universitet şəhərciyinə rektorluq binası, iki tədris korpusu, kitabxana, sosial xidmət mərkəzi, yataqxana, idman və konfrans zalları daxildir.

Qeyd olunub ki, yaradılmış möhtəşəm şərait nəticəsində ali təhsil ocağının tələbələrinin sayı hər il artır. Universitetdə təhsilin keyfiyyəti yüksəldilir, ixtisas fənləri üzrə elmi dərəcəsi olan müəllimlərə üstünlük verilir, tədris zamanı müasir təlim texnologiyalarından istifadə diqqətdə saxlanılır.Şagirdlər "Naxçıvan"  Universiteti ilə tanış olublarŞagirdlər "Naxçıvan"  Universiteti ilə tanış olublar

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 72
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930