SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanlı gənclər Naxçıvanqalada ilkə imza atdı-Video

Naxçıvanlı gənclər  Naxçıvanqalada  ilkə imza atdı-Video
23-03-2019, 18:29

Xəbər verdiyimiz kimi, Naxçıvanqala Tarixi Memarlıq Muzey Kompleksində ilk dəfə olaraq Novruz bayramı ilə əlaqədar "Naxçıvan Muxtar Respublikası -95" devizi altında gənclərin iştirakı ilə flaşmob təşkil olunub.
NAXCİVANXEBERLERİ.COM həmin flaşmobda çəkilən videoçarxı sizə təqdim edir:



Qeyd edək ki, flaşmobda gənclər milli musiqi, xarici musiqi və yallı ilə rəqs edərək bayram münasibətilə keçirilən tədbirdə iştirak edən muxtar respublika sakinlərinin zövqünü oxşamış, "Naxçıvan MR 95" yazısı nümayiş olunub. Daha sonra gənclərlə "Görüş yeri" kafesində görüşən gənclər və idman naziri Azad Cabbarov muxtar respublikada gənclərə göstərilən diqqət və qayğı barədə, həmçinin onlar üçün yaradılmış şərait, həmçinin Nazirlik tərəfindən gənclərin istedadlarının qiymətləndirilməsi, onların müxtəlif layihələrinin həyata keçirilməsi istiqamətində görülən işlər barədə məlumat vermişdir. Flaşmobun təşkil olunmasında fəallıq göstərən bir qrup gəncə Gənclər və İdman Nazirliyi tərəfindən təşəkkürnamələr təqdim olunub. Gənclər üçün hazırlanmış yemək və çay süfrəsi arxasında gənclər Novruz bayramını qeyd etmişlər. 100 nəfərə yaxın gəncin iştirak etdiyi tədbir Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930