SON DƏQİQƏ

naxcivanxeberleri.com

316 nəfər peşə təlimini başa vurub

316 nəfər peşə təlimini başa vurub
23-03-2019, 16:05

Ötən ilin sonlarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığı kurslarına cəlb edilən 316 nəfər (o cümlədən 177 qadın) bu ilin ilk rübündə peşə təlimini uğurla başa çatdırıb.

Nazirlikdən NAXCİVANXEBERELERİ.COM-a verilən məlumata görə, kurslara cəlb edilənlərə dərzi, aşpaz, bərbər-manikürçü, ikinci dairə üzrə elektrik quraşdırıcısı, çilingər, elektrik-qaz qaynaqçısı və digər peşələr üzrə Təhsil Nazirliyinin təsdiq etdiyi plana uyğun bilik və bacarıqlar tədris edilib. Onlara peşə kurslarını bitirmələri barədə sertifikatlar təqdim olunub.

Təlimləri bitirənlərin artıq əksəriyyəti yeni yiyələndikləri peşələr üzrə işlə təmin olunublar.
Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığına cəlb edilirlər. Bu da onların əmək bazarına çıxışına və məşğulluğunun təminatına imkan yaradır.

Hazırda müxtəlif peşələr üzrə bir sıra peşə təlimi kursları davam edir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930