SON DƏQİQƏ

naxcivanxeberleri.com

ETSN: Qlobal istiləşmənin səbəbi Günəşlə bağlı deyil

ETSN: Qlobal istiləşmənin səbəbi Günəşlə bağlı deyil
23-03-2019, 12:36

Son 30 ildə həyata keçirilən peyk ölçmələrinin məlumatları ayrılan Günəş enerjisinin həcminin artmadığını göstərir. Yəni son zamanlar yerdə müşahidə edilən istiləşmə Günəşin aktivliyinin dəyişilməsi ilə izah edilə bilməz.

NAXCİVANXEBERELERİ.COM-un məlumatına görə, bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin 23 mart - Ümümdünya Meteorologiya Günü ilə əlaqədar yaydığı məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, okeanlarda suyun istiləşməsi və buzlaqların əriməsinə səbəb olan temperatur yüksəlməsi atmosferdə uzunömürlü istixana qazlarının olması ilə əsaslandırılır.

Karbon qazının konsentrasiyasının artması və çoxömürlü istixana qazlarının təsiri nəticəsində iqlimin istiləşmə effektini yaradan summar radiasiya təsirləri 1990-cı ildən 41 % artıb:

"Əgər istixana qazlarının konsentrasiyasının hazırkı tendensiyası saxlanılarsa, biz yüzilliyin sonunadək temperatur diapozonunun 3 dərəcə C-dən 5 dərəcə C-dək artacağı ilə üzləşə bilərik.

Bu, BMT-nin İqlim dəyişmələri üzrə çərçivə konvensiyasının Paris sazişində əksini tapmış qlobal orta temperaturun artmasının 2 dərəcə C-dək və mükünsə 1,5 dərəcə C-yə yaxın saxlanılması ilə bağlı məqsədli göstəricilərdən xeyli yuxarıdır".
Nazirliyin məlumatında bildirilib ki, Günəş buludlu hava şəraitində də istifadə edilməsi mümkün olan alternativ enerji mənbəyini verməyə qadirdir. Günəş enerjisi həqiqətən də bütün dünyada istifadə olunur və elektroenerjinin generasiyası və ya suyun qızdırılması və şirinləşdirilməsi üçün daha populyar mənbəyə çevrilir:

"Dünyada ən günəşli yer Ölü dənizi ərazisi hesab edilir ki, burada il ərzində 330 günəşli gün qeydə alınır. Şımal Torpaq arxipelaqında isə günəş il ərzində orta hesabla cəmi 12 gün görünə bilər.

Ölkəmizdə coğrafi mövgeyi və iqliminə görə günəş enerjisindən daha geniş istifadəsi üçün əlverişli şərait var".

Xatırladaq ki, Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) tərəfindən hər il martın 23-ü Ümumdünya meteorologiya günü kimi qeyd olunur. Bu ilki Meteorologiya Günü “Günəş, Yer və hava” mövzusu adı altında keçirilir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 43
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930