SON DƏQİQƏ

naxcivanxeberleri.com

“icaze.gov.az” portalına saxta məlumatlar daxil edən şəxslər inzibati həbs edilib

“icaze.gov.az” portalına saxta məlumatlar daxil edən şəxslər inzibati həbs edilib
19-12-2020, 12:26

Koronavirus pandemiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.

Baş prokurorluğun Mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, vəzifəli şəxslər - Cahangirli Pərviz Vasif oğlu və Kərimov Elçin Rafiq oğlunun “icaze.gov.az” portalına saxta məlumatlar daxil edərək ölkədə mövcud olan sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə vətəndaşların qanunsuz olaraq sərbəst hərəkətini təşkil etmələri faktı ilə bağlı toplanmış materiallar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilmiş və məhkəmənin müvafiq qərarları ilə hər iki şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu xəbərdarlıq edir ki, xüsusi karantin rejimi qaydalarını pozmuş şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin ediləcəkdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031