SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bu gün Beynəlxalq Daun Sindromlu İnsanların Günüdür

Bu gün Beynəlxalq Daun Sindromlu İnsanların Günüdür
21-03-2019, 10:05

21 Mart - Beynəlxalq Daun Sindromu Günüdür (World Down Syndrome Day).

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu təqvim Daun sindromuna həsr olunmuş VI simpoziumun iştirakçılarının təşəbbüsü ilə 2005-ci ildən etibarən qeyd olunmağa başlayıb. Qeyd olunması ilə bağlı rəsmi qərar isə 2011-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilib.

Bu günün təsis edilməsində əsas məqsəd cəmiyyətin diqqətini bu problemə çəkmək, maarifləndirmə tədbirlərinin keçirilməsinə şərait yaratmaqdır. Həmin gün aidiyyətı orqanlar, müxtəlif beynəlxalq və qeyri-hökumət təşkilatları bu problemə diqqətin çəkilməsi istiqamətində bir sıra tədbirlər görürlər.
Qeyd edək ki, Daun sindromu genetik bir təsadüfdür, anomaliyadır və bu cür uşaq hər bir ailədə doğula bilər. Valideynlərin daun sindromlu uşaqların doğulmasında heç bir günahı yoxdur. Daun sindromlu oğlanlar və qızlar eyni əlamətlərlə doğulur. Onların səhhətində bir sıra problemlər - eşitmə və görmə zəifliyi, mədə - bağırsaq sistemində pozuntular, ürək qusurları, əqli inkişaf geriliyi müşahidə olunur.

Daun sindromlu uşaqlar üçün əsas təhlükəni yaradan onların sağlamlığındakı problemlər deyil, əsas onlar haqqında cəmiyyətdə mövcud olan mənfi rəylərdir. Məhz cəmiyyətin münasibəti baryer yaradır, uşaqlara lazımi dəstəyi almağa mane olur. Lakin bir artıq xromosomlu insanların da inkişaf etməyə və yaratmağa haqqı var. Onlara yalnız ailə və cəmiyyət tərəfindən daha çox kömək, diqqət və qayğı lazımdır.

Daun sindromu nədir? Daun sindromu xromosom saylarında olan patoloji dəyişikliklər nəticəsində əmələ gələn xəstəliklərdəndir. Daun sindromlu xəstələrdə xromosom dəstinin sayı 46 deyil, 47 olur. Artıq olan 1 xromosom qeyri-cinsi xromosomdur. Bu xromosom dəsti ilə doğulanların psixi inkişafı kəskin zəif olur.

Həkimlərin qənaətinə görə, ananın yaşının çox olması Daun sindromlu uşaqların doğulması ehtimalını artırır. Belə ki, yaşı 35-dən artıq olan qadınlarda körpələrin bu sindromla doğulma ehtimalı 10 dəfə, 40-dan artıq olan qadınlarda isə 25 dəfə artıqdır.

Daun sindromunun meydana gəlməsinə səbəb olan faktorlar sırasına radiasiya, troit antibodies, narkotik və spirt istifadəsi kimi müxtəlif səbəblər də göstərilir.

Sonradan da uşaqların daun sindromlu olma riski var. Bu problemin cavabı uşağın xromosom dəyişməsinin növünə bağlıdır. Risk yüksək deyil, lakin istisnalar da ola bilər.

Daun sindromu olan uşaqlara adi körpələr kimi qidalanırlar. Ancaq belə xəstələr piylənməyə meyilli olular. Daun sindromu ilə doğulan uşaqların inkişafında ailələrin səviyyəsi, uşaqla işləmək bacarığı böyük rol oynayır.

Daun sindromu ilə doğulan uşaqlarla bağlı verilən məlumatlarda qeyd olunur ki, belə uşaqlarda məhdud anlama bacarığı, böyük və kiçik motor problemləri var. Uşaqların nitqində ləngimə, zəif eşitmə, görmə problemləri оlur. Onların immunitetləri də zəif olur və bu uşaqlar qulaq, göz infeksiyalarına meyillidirlər. Amma Daun sindromu ilə doğulan uşaqlar arasında əqli və fiziki cəhətdən inkişaf edənlərə də rast gəlmək mümkündür.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30