00:05 - FHN Naxçıvanda hiss olunan zəlzələ ilə bağlı məlumat yayıb
00:00 - Günün qoroskopu - 29.01.2023
23:34 - "TeamGym" üzrə Avropa çempionatı Bakıda keçiriləcək
23:14 - AMEA və Türkiyə Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb-FOTO
22:56 - İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub
22:47 - İlham Əliyev Tehrandakı terrorla bağlı istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini bildirib
22:43 - Gəncədə zəlzələ olub
22:33 - İbrahim Rəisi Prezident İlham Əliyevə zəng edib
22:30 - Naxçıvanda 5,3 ballıq zəlzələ olub
22:17 - Naxçıvanda zəlzələ oldu
22:11 - Ermənistanın Azərbaycana qarşı törətdiyi EKOLOJİ TERROR
21:56 - Azərbaycan Prezidenti İsraildə törədilən terror aktı ilə bağlı başsağlığı verib
Alternativ öhdəlik nədir?
Mülki Məcəlləyə əsasən bir neçə öhdəlikdən biri (alternativ öhdəlik) icra edilməli olduqda seçmək hüququ, əgər müqavilədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, borcluya mənsubdur. Seçmək hüququ kreditora mənsubdursa, borclu ona ağlabatan müddət təyin edərək öhdəliyi seçməsini tələb edə bilər. Kreditor öhdəliyi vaxtında seçməzsə, həmin müddət keçdikdən sonra seçmək hüququ borcluya keçir. Əgər borclunun icra edilməli iki hərəkətin birindən imtina etməyə ixtiyarı çatırsa, digər hərəkəti icra etmək öhdəliyi qüvvədə qalır. Alternativ öhdəliyin seçilməsi bunun digər tərəfə bəyan edilməsi və ya icranın həyata keçirilməsi vasitəsilə yerinə yetirilir. Seçilmiş öhdəlik əzəldən icra edilməli öhdəlik sayılır.
Qeyd:Sualları Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin əməkdaşları cavablandırır.