SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda 21 Mart Ümumdünya Daun Sindromlu İnsanlar Günü” münasibətilə tədbir keçirilib

Naxçıvanda 21 Mart Ümumdünya Daun Sindromlu İnsanlar Günü” münasibətilə tədbir keçirilib
20-03-2019, 09:00

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə “21 Mart Ümumdünya Daun Sindromlu İnsanlar Günü” münasibətilə tədbir təşkil edilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək məhdud fiziki imkanlı şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara göstərilən qayğıdan danışıblar. Bildirilib ki, bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Vurğulanıb ki, muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyalarını təmin etmək məqsədilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində defektoloji bölmə, onun Şərur və Ordubad rayonlarındakı bölmələri, əmək terapiyası, təlim bərpa, artterapiya, kinekt-oyunlar otaqları, həmçinin psixoloji dəstək xidməti, Uşaq Bərpa Mərkəzində isə multisensorlu və erqoterapiya reabilitasiya otaqları, habelə idman bölmələri yaradılıb. Eyni zamanda daun sindromlu uşaqların valideynləri ilə maarifləndirici görüşlərin keçirilməsi də daim diqqət mərkəzində saxlanılır. Daha sonra çıxış edən valideynlər göstərilən bu qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Tədbirin bədii hissəsində sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin Mahnı və Rəqs ansamblı konsert proqramı ilə çıxış edib.
Sonda daun sindromlu 70 şəxsə bayram hədiyyələri verilib.


Naxçıvanda 21 Mart Ümumdünya Daun Sindromlu İnsanlar Günü” münasibətilə tədbir keçirilib
Naxçıvanda 21 Mart Ümumdünya Daun Sindromlu İnsanlar Günü” münasibətilə tədbir keçirilib
Naxçıvanda 21 Mart Ümumdünya Daun Sindromlu İnsanlar Günü” münasibətilə tədbir keçirilib
Naxçıvanda 21 Mart Ümumdünya Daun Sindromlu İnsanlar Günü” münasibətilə tədbir keçirilib
Naxçıvanda 21 Mart Ümumdünya Daun Sindromlu İnsanlar Günü” münasibətilə tədbir keçirilib
Naxçıvanda 21 Mart Ümumdünya Daun Sindromlu İnsanlar Günü” münasibətilə tədbir keçirilib

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30