SON DƏQİQƏ

naxcivanxeberleri.com

Son illərdə Şahbuz rayonunda 10-a yaxın mərasim evi istifadəyə verilib

Son illərdə Şahbuz rayonunda 10-a yaxın mərasim evi istifadəyə verilib
5-12-2020, 13:52

Bu gün muxtar respublikada insanların rahat yaşayışı üçün hərtərəfli şərait yaradılır. Yaşayış məntəqələrimizdə sakinlər müasir yol infrastrukturundan, kənd və xidmət mərkəzlərindən istifadə edirlər. Son dövrlərdə inşa olunan mərasim evləri isə sakinlərin yas mərasimlərinin keçirilməsi zamanı qarşılaşdığı problemə son qoyub. Şahbuz rayonunda da bu sahədə mühüm işlər görülüb. Rayonun kənd - lərinin əksəriyyətinin dağlıq ərazilərdə yerləşməsi sakinlərin yas mərasimlərinin keçirilməsində bir sıra çətinliklər yaradırdı. Yaşayış sahələrinin həyətlərində yerlərin olmaması, payız–qış aylarında yağıntılar sakinləri bu sahədə ciddi problemlə qarşılaşdırırdı. Bu qəfil hadisələr zamanı sakinlər digər işləri buraxıb, çadır qurmaqla, qab-qacaq, stol, stul axtarmaqla məşğul idi. Və yaxud kirayə çadır sifariş verməklə əlavə vəsait sərf etmək məcburiyyətində qalırdı. Son illərdə dövlətlə yanaşı, sahibkarlar, kəndlərin imkanlı şəxsləri də mərasim evlərinin tikintisinə təşəbbüs irəli sürərək rayonun bir sıra kəndlərində sakinlərin bu probleminə son qoydu. Yaxın bir zamanda rayonun Yuxarı Qışlaq, Aşağı Qışlaq, Sələsüz, Mahmudoba, Kolanı kəndlərində və Şahbuz şəhərində mərasim evləri tikilərək istifadəyə verildi. Müasirtipli mərasim evlərində lazımi şərait yaradıldı. Burada qadınlar və kişilər üçün ayrıca yerlər, mətbəx yaradılaraq lazımi avadanlıqlarla təmin olundu. Bu da sakinlərin rahat şəkildə yas və digər bu kimi mərasimləri keçirməsinə şərait yaradır. Artıq sakinlər yas mərasimləri zamanı əvvəl qarşılaşdıqları çətinliklərin heç biri ilə üzləşmir, buna vaxt və vəsait sərf etmirlər. Onlar yas mərasimlərini rahat şəkildə yola salırlar. Qeyd edək ki, Kükü, Keçili və Badamlı kəndlərində inşa olunan mərasim evləri də istifadəyə tam hazırdır. Külüs kəndində isə mərasim evinin tikintisi davam etdirilir.

Oğuz səsi qəzeti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031