SON DƏQQƏ

naxcivanxeberleri.com

Kimlər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər?

Kimlər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər?
5-12-2020, 11:57

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 156 nömrəli "Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası” haqqında Qərarına əsasən müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olan şəxslər Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malikdirlər. Aşağıdakı şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər:

- məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslər;

- ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər;

- fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 57 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin Siyahısı”na əsasən, tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəm, Alsheymer xəstəliyi zamanı demensiya, Vaskulyar demensiya, başqa rubrikalarda təsnif edilən xəstəliklər zamanı demensiya, dəqiqləşdirilməmiş demensiya, üzvi hallyüsinoz, üzvi-katatonik hal, üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu, üzvi mənşəli şəxsiyyət pozuntusu, alkoqol qəbulundan yaranan psixi və davranış pozuntuları, opioidlərin qəbulundan yaranan psixi və davranış pozuntuları, kannabioidlərin qəbulundan yaranan psixi və davranış pozuntuları, kokainin qəbulundan yaranan psixi və davranış pozuntuları, hallyüsinogen maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları, şizofreniya, xroniki sayıqlama pozuntuları, bipolyar affektiv pozuntu, psixotik simptomlarsız növbəti maniya epizodu, bipolyar affektiv pozuntu, psixotik simptomlarla növbəti maniya epizodu, bipolyar affektiv pozuntu, psixotik simptomlarsız müşahidə olunan ağır dərəcəli depressiyanın növbəti epizodu, bipolyar affektiv pozuntu, psixotik simptomlarla müşahidə olunan ağır dərəcəli depressiyanın növbəti epizodu, qayıdan depressiv pozuntu, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod, şəxsiyyətin paranoid, dissosial, emosional davamsız, isterik pozuntusu, azartlı oyunlara patoloji meyil, yanğına patoloji hərislik (piromaniya), oğurluğa patoloji hərislik (kleptomaniya), seksual seçimin pozuntusu, kəkələmə (xüsusi təhsil müəssisələri istisna olmaqla), eşitmənin dəqiqləşdirilməmiş neyrosensor tipli itirilməsi (xüsusi təhsil müəssisələri istisna olmaqla), səs büküşlərinin və qırtlağın iflici, binokulyar korluq (xüsusi təhsil müəssisələri istisna olmaqla), binokulyar ağır görmə pozuntusu (xüsusi təhsil müəssisələri istisna olmaqla) xəstəliklərinə tutulmuş şəxslər.

Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi “Müəllimlərin etik davranış qaydaları”nı pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 (bir) il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz. Qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.12-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur. Qeyd olunan inzibati xətanı törətmiş vəzifəli şəxslər üç min manat məbləğində cərimə edilirlər.

 

Heydər İBRAHİMLİ

Culfa rayon prokurorunun

köməkçisi vəzifəsi üzrə stajor  

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031