SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvanda “5 dekabr-Beynəlxalq Könüllülər Günü” qeyd olunub-FOTO

Naxçıvanda “5 dekabr-Beynəlxalq Könüllülər Günü” qeyd olunub-FOTO
5-12-2020, 09:08

“5 dekabr-Beynəlxalq Könüllülər Günü” ilə əlaqədar “Görüş yeri” kafesində könüllü gənclərlə görüş keçirilib.
Nazirlikdən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, əvvəlcə Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov gəncləri “5 dekabr-Beynəlxalq Könüllülər Günü” münasibətilə təbrik edərək bildirib ki, son illər könüllülüyün sürətlə inkişaf etdiyi muxtar respublikamız könüllülük fəaliyyətinin təbliğində və inkişafında özünəməxsus rol oynayır. Azərbaycanın müstəqilliyin bərpasından sonra qazandığı uğurlarda, muxtar respublikamızın ictimai-siyası həyatında baş verən yeniliklər, uğurlar və inkişafda şübhəsiz ki, könüllü gənclərin də payı vardır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” 30 dekabr 2019-cu il tarixli Sərəncamı cari ildə ölkəmizdə, o cümlədən də muxtar respublikamızda könüllülük fəaliyyətinin daha da təkmilləşdirilməsinə, gənclərin bu sahəyə marağının daha da artmasına səbəb oldu. Son bir neçə ildə olduğu kimi, bu il də “5 dekabr-Beynəlxalq Könüllülər Günü” muxtar respublikamızda bir sıra tədbirlərin həyata keçirilməsi ilə qeyd olunub. Belə ki, Gənclər və İdman Nazirliyi tərəfindən “Könüllü Gənclər Həftəsi” təşkil olunmuş, könüllü gənclər arasında futzal üzrə birincilik, “Xəmsə” Milli İntellektual Oyunu keçirilib.
Daha sonra il ərzində Nazirlik tərəfindən keçirilən tədbirlərdə fəal iştirak edən könüllü gənclər diplom və qiymətli hədiyyələrlə təltif olunublar. Tədbir yemək süfrəsi ətrafında davam edib.
20 nəfər könüllü gəncin iştirak etdiyi tədbir Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunub.
 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031