SON DƏQQƏ

naxcivanxeberleri.com

Sədərəkdə bayraq meydanında son tamamlama işləri görülür

Sədərəkdə bayraq meydanında son tamamlama işləri görülür
5-12-2020, 09:22

Dövlət rəmzləri milli dövlətçiliyin, istiqlaliyyətin mövcudluğunu, xalqın keçmişini və gələcəyə yönəlmiş ən ülvi arzularını ifadə edir. Odur ki, hər bir vətəndaş dövlət rəmzlərinin yaranma tarixini, daşıdığı mənanı yaxşı bilməli, onları qorumalı, təbliğ etməli və aşıladığı ideyaları yaşatmalıdır. Dövlət rəmzlərindən biri olan bayraq da azadlıq və istiqlal rəmzi olaraq, hər bir dövlətin müstəqilliyini ifadə edir. Azərbaycan xalqı öz dövlət rəmzlərinə sadiqdir, çünki bu rəmzlər xalqın mövcudluğunun təcəssümü kimi özündə onun ən ali, ən müqəddəs dəyərlərini yaşadır. Xalqımızın qürur mənbəyi olan, müstəqilliyimizi təcəssüm etdirən üçrəngli bayra ğı mız bu gün işğaldan azad olunan hər bir rayon, şəhər, qəsəbə və kəndlərdə, strateji əhəmiyyətli yüksəkliklərdə dalğalanır. Rayonumuzun görkəmli yerində, Naxçıvan-Sədərək magistral avtomobil yolunun sağ tərəfində tikintisi aparılan Bayraq Meydanında son tamamlama işləri görülür. Burada yüksələn üçrəngli bayrağımız dalğalanaraq, biraddımlığımızda yerləşən düşmənə gözdağı olacaq. Bildiyimiz kimi, bu yol həm də Qərbə açılan qapımız dır. Buradan keçənlər bayrağımızın vüqarlı duruşunu seyr edəcəklər. Qeyd edək ki, artıq bayraq dirəyi quraşdırılıb. Bayraq Meydanının ətrafında daşlar düzülüb. Gülkarlıqların əkilməsi üçün ərazi hazır vəziyyətə gətirilib. İşıqlandırma sistemi quraşdırılıb.

Oğuz yurdu qəzeti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031