SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kəngərlidə elmi-praktik konfrans olub

Kəngərlidə elmi-praktik konfrans olub
14-12-2018, 21:06

Naxcivanxeberleri.com xəbər verir ki, Kəngərli rayonunun Çalxanqala kəndində “Ümummilli lider Heydər Əliyev Dünya azərbaycanlılarının həmrəylik ideyasının müəllifidir” mövzusunda elmi-praktik konfrans keçirilib.

Elmi-praktik konfransda YAP Kəngərli rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva həmrəylik gününün tarixindən, Dünya azərbaycanlılarının həmrəyliyinin güclənməsi ilə bağlı keçirilən mühüm tədbirlərdən danışıb.

Qeyd olunub ki, ulu öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə 31 dekabrı “Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik Günü” kimi təsis edib.

Konfransın sonunda “Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik Günü”nə həsr olunmuş videomaterial nümayiş olunub.

(nuhcixan)

Səriyyə Alməmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930