SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ali təhsil ocağında tədbir keçirilib

Ali təhsil ocağında tədbir keçirilib
4-12-2020, 15:42

Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər və hüquq fakültəsində “Vətənpərvərlik vətən ruhunu duymaqdan doğan qüdrət və qəhrəmanlıq rəmzidir” adlı tədbir keçirilib. Tədbirdən öncə Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi  haqqında Sərəncamına əsasən vətən uğrunda canını quran vermiş igidlərin xatirəsi anılıb.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,tədbiri giriş sözüylə açan universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Ali Baş Komandanın rəhbərliyi, əsgərlərimizin döyüş bacarığı və xalqın qələbəyə inamı sayəsində artıq biz zəfər günümüzü böyük təntənə ilə qeyd edirik. Bugün vətənimiz mənfur düşməndən igid, vətənpərvər oğullarımızın rəşadəti nəticəsində alınıb. Gəncliyin vətənpərvər ruhda böyüməyinin əsasını Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin çoxşaxəli vətənpərvər fəaliyyətinin, yüksək milli təəssübkeşliyinin nəticəsində qoyulub. Şəhidlərimizə Uca Tanrıdan rəhmət diləyən rektor gənc nəsli daim onları xatırlamağa və vətən uğrunda edilən fədakarlarlıqdan dərs almağa çağırıb.  

      Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi Arzu Abdullayev öz çıxışında vətənpərliyin ən ali və müqəddəs hiss olduğunu çatdırıb, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görülmüş işlərdən, qazanılmış uğurlardan danışıb. Diqqətə çatdırılıb ki, ötən əsrin sonlarında ölkəmizdə hərbi-siyasi şəraitin ağır dövründə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində Respublikamızın dövlət müstəqilliyi qorunub saxlanılıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında davam etdirilən hərb quruculuğu siyasətindən, əldə edilmiş nailiyyətlərdən söhbət açılıb. 

      Tədbirdə Vətənə, Azərbaycan bayrağına, şəhidlərə həsr edilən şeirlər səsləndirilib

      Sonda vətənpərvərlik haqda videoçarx nümayiş olunub. 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031