15:35 - Tokio olimpiadasının tamaşaçısız keçirilmə variantı araşdırılır
15:28 - İranda gün ərzində 6,5 min nəfər koronavirusa yoluxub, 85 nəfər koronavirusdan ölüb
15:08 - Vaksinasiya bu müddətə müsbət nəticə verəcək - Komitə sədrindən AÇIQLAMA
15:00 - Qarabağ işçi qrupunun gündəliyi açıqlandı
14:48 - ÜST daha bir pandemiya barədə xəbərdarlıq edib
14:37 - Cozef Bayden bir həftədə 43 qərar imzalayıb
14:30 - Sabaha olan hava proqnozu
14:21 - Nazirlik: İşğaldan azad edilən ərazilərdə 87 yeni abidə aşkarlanıb
14:11 - Dünya şahmat tacı uğrunda oyunun vaxtı və yeri açıqlandı
14:00 - “Toyota” son 5 ildə ilk dəfə avtomobil satışlarında lider oldu
13:50 - AFFA-nın Konfransı qapalı olacaq
13:41 - Epizootik vəziyyətlə bağlı hansı zəruri qaydalara əməl olunmalıdır?
13:35 - Müdafiə Nazirliyi: Nəcməddin Sadıkov Azərbaycan Ordusundan ehtiyata buraxılıb
13:29 - Azərbaycan neftinin qiyməti 57 dollara yaxınlaşıb
13:21 - Ova qadağa nadir heyvan növlərinin sayını artırıb - Vəhşi təbiətdən görüntülər
Hərbiçilərlə görüş keçirilib-FOTO
Vətən müharibəsində qazanılan qələbə münasibətilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təşkilatçılığı ilə Əlahiddə Ümumqoşun Ordu Komandanlığının tədris mərkəzində əsgər və zabitlərin psixoloji hazırlıq vəziyyətinə həsr olunmuş tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.
Əlahiddə Ümumqoşun Ordu Komandanının hüquq işləri üzrə köməkçisi kapitan Amil Hacıyev Qarabağ döyüşlərində qəhrəmanlıq göstərmiş əsgər və zabitlərin döyüşlərdə göstərdikləri şücaətlərdən danışıb. Bildirib ki, müasir ordu quruculuğu nəticəsində ölkəmiz hərbi sahədə böyük üstünlük əldə etmişdir. O, başda Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olmaqla bütün ordumuza Azərbaycan xalqına bu qələbə sevincini bəxş etdikləri üçün minnətdarlığını ifadə edib. Qeyd etmişdir ki, orduda yaradılan yüksək səviyyədə nizam-intizam, əmr və tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi, əsgər və zabitlərin xidmət dövründə tabeçilik münasibətlərinə riayət etmələri torpaqlarımızın işğaldan azad edilməsində mühüm rol oynamışdır.
Mərkəzin psixoloji ekspertiza bölməsinin böyük eksperti I dərəcəli ədliyyə qulluqçusu Fariz Səyyadov Silahlı Qüvvələrimizin Qarabağ müharibəsi zamanı əsgər və zabitlərinin düşmən təxribatının qarşısının alınmasında göstərdikləri rəşadət və igidlikdən danışaraq, tarixi qələbə münasibətilə əsgər və zabit heyətini təbrik edib. Vətən müharibəsində qələbə əldə etməyimizin müasir silah-sursatla, yaxşı hazırlıqla, texniki üstünlüklə yanaşı hərbiçilərimizin psixoloji vəziyyətinin də böyük rol oynadığını qeyd edib. Döyüş fəaliyyətində ictimai motivlərin rolu haqda danışaraq məlumat verib ki, vətənin müdafiəsi üçün məsuliyyət, hərbi borc hissi, düşmənə nifrət, vətənə sədaqət, torpağa məhəbbət Azərbaycan hərbiçisinin əsas psixoloji üstünlüyü olmuşdur.
Mərkəzin ekspertiza bölməsinin eksperti III dərəcəli ədliyyə qulluqçusu Valeh Fərəcov bildirib ki, döyüşçülərin fəaliyyətinin səmərəliliyi onun psixikasının, döyüş şəraitinin və tapşırığın yerinə yetirilməsinin tələblərinə uyğun şəkildə cərəyan etməsinə əsaslanır. Döyüş tapşırığının uğurlu həlli əqli, emossional, iradi, mənəvi keyfiyyətlərindən, döyüş ustalığından, o cümlədən psixikanın möhkəmliyindən asılıdır. Qeyd olunub ki, yeni hərbi texnika və müasir silahların istifadə olunması da hərbi heyətə stimul vermiş, qısa müddət ərzində hərbi sahədə uğur qazanmağımıza şərait yaratmışdır. Hərbiçilərin psixoloji hazırlığı konkret olaraq döyüş şəraitinin onların psixikasına və döyüş fəaliyyətinin xüsusiyyətlərinə təsirini nəzərdə tutur.
Sonda Mərkəzin ekspertləri bir daha əsgər və zabitlərimizi qələbə münasibətilə təbrik etmiş, onlara xidməti tapşırıqların yerinə yetirilməsində uğurlar arzulamışlar.