16:00 - Azərbaycan ilə Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
15:45 - XİN: Azərbaycan Prezidenti Qarabağın statusu məsələsini tarixin zibilliyinə yollayıb
15:30 - 107 gün idi itkin düşən zabitimizin şəhid xəbəri gəldi
15:17 - Ermənistanda İkinci Qarabağ müharibəsinin yekunları ağır qəbul edilir - Rusiyalı ekspert
15:13 - İranda koronavirusdan daha 75 nəfər ölüb
15:00 - Naxçıvan Bölməsinin Elmi Kitabxanasında yeni virtual sərgi təşkil olunub
14:43 - Sabaha olan hava proqnozu
14:30 - Bağçalar nə zaman açıla bilər? - Rəsmi AÇIQLAMA
14:23 - Füzulinin Qarğabazar kəndindən görüntülər
14:22 - Sentyabrın 15-dən indiyədək 14 758 şagird, 7 090 müəllim COVID-19-a yoluxub
14:13 - Ermənistan tərəfdən Qarabağda döyüşlərə cəlb edilən daha iki terrorçu barədə cinayət işi başlandı
14:05 - Azərbaycanda İqtisadi Zonaların İnkişafı Agentliyi yaradıldı - FƏRMAN
14:00 - “R-Pharm"ın COVID-19-a qarşı mübarizə üzrə qlobal proqramı
13:51 - ABŞ-a təyyarə ilə gələnlər üçün karantin tətbiq olunub
13:41 - Rusiyada pandemiya qurbanlarının sayı 68 412-yə çatıb
Əməyin mühafizəsi üzrə işçilərin öyrədilməsi hansı formada həyata keçirilir?
“Əməyin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müdiriyyət işə yeni qəbul edilən, habelə başqa işə keçirilən işçilərin hamısına əməyin mühafizəsi üzrə təlimat verməli, onlara təhlükəsiz iş üsullarından istifadə etməyin və bədbəxt hadisələrdən zərər çəkənlərə ilk yardım göstərməyin öyrədilməsini təşkil etməlidir.
Yüksək təhlükəli istehsalatlara və ya peşə vərdişləri tələb edən işlərə qəbul edilən işçilər əməyin mühafizəsi üzrə qabaqcadan təlim keçir, imtahan verir və sonralar vaxtaşırı attestasiya olunurlar.
Müəssisələrin və təşkilatların bütün işçiləri, o cümlədən rəhbərləri onların peşələri və iş növləri üçün dövlət nəzarəti orqanları tərəfindən müəyyən edilmiş qaydada və müddətlərdə təlim keçməli, təlimatlandırılmalı, attestasiya olunmalı, onların bilikləri yoxlanılmalıdır.
Müəyyən edilmiş qaydada, əməyin mühafizəsi. üzrə təlim keçməmiş, təlimatlandırılmamış və bilikləri yoxlanılmamış şəxsləri işə buraxmaq qadağandır.
Dövlət nəzarəti orqanlarının və ya həmkarlar ittifaqları yanında texniki əmək müfəttişliyinin tələbi ilə biliklərin plandankənar yoxlanışları keçirilir. Biliyi təkrar yoxlanılmayan şəxslər vəzifəsindən azad edilirlər.
Sualı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı cavablandırır.