22:30 - Dağ kəndlərimizdə heyvandarlığın inkişafı üçün münbit şərait var
21:16 - Prezident İlham Əliyev xalq artisti Eldar Quliyevi 80 illik yubleyi münasibətilə təbrik edib
21:06 - Prezident İlham Əliyev Eldar Quliyevi “İstiqlal” ordeni ilə təltif edib
20:40 - Sədərəkdə mərasİm evinin tikintisi davam etdirilir
18:09 - Şahbuzda yenidən zəlzələ olub
18:04 - Türkiyə prezidenti: "Ermənistan mənim dostuma, soydaşlarıma təcavüz edir”
17:45 - Hulusi Akar: “Türkiyə, Azərbaycan və Pakistan Qarabağ məsələsində bir ürək oldu”
17:35 - Ərdoğan: "Türkiyənin PUA-ları Qarabağda olduğu kimi müharibə metodlarını dəyişdirib"
17:22 - Azərbaycanda 705 nəfər COVID-19-dan sağalıb, 162 nəfər yoluxub, 8 nəfər vəfat edib
17:17 - Bağdad hava limanı raket atəşinə tutulub
17:05 - Prezident İlham Əliyev Volodimir Zelenskiyə başsağlığı verib
16:56 - Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiyaya 5 298 vətəndaş müraciət edib
16:21 - Milli mətbəximizin qədim yeməklərindən olan Qurut
16:15 - Dövlət Neft Şirkətinin idarə edilməsi təkmilləşdirilir - FƏRMAN
NDU-da “Azərbaycan xalçaçılıq sənəti” adlı dərs vəsaitinin təqdimatı olub-FOTO
Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında Təsviri incəsənətkafedrasının müəllimi Ləman Məmmədovanın “Azərbaycan xalçaçılıq sənəti” adlı dərsvəsaitinin təqdimatı olub.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələrbölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev qeyd edib ki,tarixboyu Naxçıvan xalçaçılıq məktəbinin nümunələri özünəməxsus ornamentləri iləfərqlənib, müxtəlif yazılı mənbələrin məlumat obyektinə çevrilmiş Naxçıvan xalçaları xalqınmaddi-mədəni irsinin formalaşmasında mühüm rol oynayıb. Vurğulanıb ki, Naxçıvan MuxtarRespublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunan“Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair2018-2022-ci illər üçün Dövlət Proqramı” bu sahədə görülən işləri daha da sürətləndirib,xalçaçılıq ənənələrinin dərindən öyrənilməsi, araşdırılması və təbliği üçün geniş imkanlaraçıb. Rektor bugün təqdimatı keçirilən kitabı müvafiq dövlət proqramı istiqamətində mühümtöhvə olaraq dəyərləndirib.Təsviri incəsənət kafedrasının professoru, Azərbaycan Respublikasının Xalqrəssamı Hüseynqulu Əliyev elmi məsləhətçisi və elmi redaktoru olduğu kitabın ön sözündəmüəllif haqda fikirlərini belə vurğulayıb ki, Ləman Məmmədova çoxlu elmi məqalə,monoqrafiya, dərs vəsaiti, tədris-metodik vəsaitlər, proqramlar kimi elmi materialların, eynizamanda incə zövqlü xanım rəssam kimi təsviri sənətin bir çox sahələrinin bacarıqlısənətkarıdır. Ləman müəllim özünün rəngkarlıq əsərlərində təsvir edilən xalçaların çeşidləri,milli xüsusiyyətləri, ərazi-məkan ənənələri, rəng koloriti, yaranma tarixi və növünü bacarıqlanümayiş etdirib.Kafedranın baş müəlimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Naxçıvan MuxtarRespublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyeva kitab haqda məlumat verərəkbildirib ki, dərs vəsaitində xalçaçılıq tarixi, xalçaçılıq texnikası, xalça növləri və xalçaməmulatları, onların ideya-bədii xüsusiyyətlərinin inkişaf mərhələləri, xalça sənətiməktəbləri haqqında məlumat verib. Vurğulanıb ki, İncəsənət fakültəsinin bakalavr, magistr,həmçinin xalça sənəti ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulan dərs vəsaititədqiqatçıların və görkəmli alimlərimizin Azərbaycan xalçaçılıq sənətinə dair çoxilliktədqiqatları, dəyərli əsərləri əsasında tərtib edilib.Elmi Kitabxananın direktoru Fariz Əhmədov bildirib ki, kitabda Dekorativtətbiqi incəsənət, Azərbaycanda dekortaiv tətbiqi sənət növləri, Azərbaycan xalçaçılıqtarixindən, Xalçaların təsnifatı, Azərbaycan xalçaçılıq məktəbləri və məşhur xalçaçı-rəssamLətif Kərimovun həyat və yaradıcılığından məlumat verilir.Sonda müəllifin rəsm əsərlərindən ibarət sərgiyə və Əzizə Məmmədovanın tərtibetdiyi xalçaçılıq kompozisiyasına baxış olub.