SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib
30-11-2020, 18:06

Nazirlər Kabinetinin 7 noyabr tarixli Qərarı ilə “Koronavirus infeksiyası ilə  mübarizə tədbirlərində iştirak edən  tibb işçilərinin  əməkhaqqlarına müddətli əlavənin  müəyyən edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin  2020-ci il 21 avqust tarixli  145 nömrəli Qərarında dəyişiklik edilmişdir.

20 noyabr tarixli Qərara əsasən “İstehsalatda  bədbəxt hadisələr  və peşə xəstəlikləri  nəticəsində  peşə əmək qabiliyyətinin  itirilməsi hallarından icbari sığorta  üzrə  birdəfəlik sığorta ödənişi  məbləğinin  hesablanması Qaydası”nın 2.1.1-ci yarımbəndində dəyişiklik edilərək sığorta olunanın əlilliyi ilə bağlı ifadə dəqiqləşdirilmişdir.

Həmin tarixdə  qəbul edilmiş 195 nömrəli Qərarla “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda və “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nda dəyişiklik edilmişdir. Dəyişikliyə uyğun olaraq daşıyıcı anlayışının hüquqi məzmunu dəqiqləşdirilmiş, yalnız daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə  hüququ ilə  nəqliyyat vasitələrinə malik olan şəxslərin müvafiq fəaliyyəti həyata keçirməsi müəyyən edilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında  qeyri-hökumət təşkilatları tərəfindən  mədəniyyət sahəsində  keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın təsdiqi barədə” 2014-cü il 15 sentyabr tarixli 85 nömrəli, “Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq  mədəniyyət  tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin Naxçıvan Muxtar Respublikasından müvəqqəti ixracı Qaydası”nın təsdiq  edilməsi haqqında” 2014-cü il 8 oktyabr tarixli 93 nömrəli və “Mədəni  sərvətlərin idxalı, ixracı və Naxçıvan Muxtar Respublikasından tranzitlə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2014-cü il  8 oktyabr tarixli  94 nömrəli  qərarlarında  dəyişiklik edilmişdir.

Bundan başqa, Naxçıvan Muxtar Respublikasında Turizm Reyestrinin aparılma Qaydası”nın təsdiq edilməsi barədə Qərara qəbul edilmişdir. Qərara əsasən reystr turizm sənayesinə dair məlumatların vahid mənbədə toplanılması, emalı, axtarışı, təhlili və ötürülməsi, turizm məhsullarının  və  xidmətlərinin  keyfiyyətinin yüksəldilməsi  məqsədilə aparılır. 

Həmçinin “Naxçıvan Muxtar Respublikasında ərazilərin zonalaşdırılması, tikintinin  növü və miqyası ilə bağlı  müfəssəl Qaydaları”ın təsdiq edilməsi haqqında Qərar qəbul edilmişdir. Bu Qaydalar  Naxçıvan Muxtar  Respublikasında şəhər və digər yaşayış məntəqələrinin ərazisi və ərazi hissələri  üçün nəzərdə tutulan baş və müfəssəl planlarda şəhərsalma məqsədləri baxımından  tikintilərin  növü və miqyası ilə bağlı torpaqlardan  istifadəsi təsbit edilmiş  ərazilərin  zonalaşdırılması  qaydalarını müəyyən  edir.

Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidməti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031