00:30 - Günün qoroskopu
23:45 - Çinli mütəxəssislər Pfizer peyvəndinin yaşlılara vurulmasına qarşıdır
22:57 - ABŞ kubalı nazirə qarşı sanksiya tətbiq edib
22:21 - Naxçıvan: İnkişaf edən, logistik mərkəzə çevrilən qədim diyar - FOTO
22:10 - Ötən ilin yekunları müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib
20:47 - Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib
20:33 - Kainatın ən qədim planeti aşkar edilib
20:19 - Şahmatçılar “Şəhidlər ölməz Vətən bölünməz” devizi altında yoldaşlıq görüşü keçirəcəklər
20:06 - İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib
19:52 - BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq
19:42 - Muxtar respublikada növbəti humanitar tibbi aksiyalara start verilib-FOTO
19:31 - Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
İctimai işlər növündə vəzifələrin yerinə yetirilməməsinə görə hansı məsuliyyət nəzərdə tutulur?
İnzibati Xətalar Məcəlləsinə əsasən ictimai işlər növündə cəzanın və ya inzibati tənbehin həyata keçiriləcəyi yerlərinin siyahısını və həmin işlərin həyata keçirilməsi üçün zəruri olan şəxslərin sayı barədə məlumatı vaxtında müvafiq icra hakimiyyəti orqanına göndərilməməsinə, yaxud ictimai işlərin həyata keçiriləcəyi yerlərlə bağlı sorğulara vaxtında cavab verilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.
İctimai işlər növündə cəzanın və ya inzibati tənbehin icra edildiyi yerdə işəgötürən tərəfindən şəxs üçün müəyyən edilmiş işin yerinə yetirilməsinə nəzarət edilməməsinə, yaxud işlədiyi saatların uçotunun aparılmamasına və ya düzgün aparılmamasına, şəxsin ictimai işlərin yerinə yetirilməli olduğu vaxtların cədvəlinin tərtib edilməməsinə və ya bu cədvəlin icra məmuruna vaxtında göndərilməməsinə, habelə ictimai işlərin yerinə yetirilməsindən boyun qaçırma halları barədə icra məmuruna dərhal məlumat verilməməsinə görə vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
İcra məmuru tərəfindən ayda iki dəfədən az olmayaraq şəxsin ictimai işləri yerinə yetirməli olduğu vaxtlarda həmin işlərin görüldüyü yerlərə baş çəkilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.
Qeyd:Sualları Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin əməkdaşları cavablandırır.