15:45 - XİN: Azərbaycan Prezidenti Qarabağın statusu məsələsini tarixin zibilliyinə yollayıb
15:30 - 107 gün idi itkin düşən zabitimizin şəhid xəbəri gəldi
15:17 - Ermənistanda İkinci Qarabağ müharibəsinin yekunları ağır qəbul edilir - Rusiyalı ekspert
15:13 - İranda koronavirusdan daha 75 nəfər ölüb
15:00 - Naxçıvan Bölməsinin Elmi Kitabxanasında yeni virtual sərgi təşkil olunub
14:43 - Sabaha olan hava proqnozu
14:30 - Bağçalar nə zaman açıla bilər? - Rəsmi AÇIQLAMA
14:23 - Füzulinin Qarğabazar kəndindən görüntülər
14:22 - Sentyabrın 15-dən indiyədək 14 758 şagird, 7 090 müəllim COVID-19-a yoluxub
14:13 - Ermənistan tərəfdən Qarabağda döyüşlərə cəlb edilən daha iki terrorçu barədə cinayət işi başlandı
14:05 - Azərbaycanda İqtisadi Zonaların İnkişafı Agentliyi yaradıldı - FƏRMAN
14:00 - “R-Pharm"ın COVID-19-a qarşı mübarizə üzrə qlobal proqramı
13:51 - ABŞ-a təyyarə ilə gələnlər üçün karantin tətbiq olunub
13:41 - Rusiyada pandemiya qurbanlarının sayı 68 412-yə çatıb
13:30 - Ermənilərin cəbhəyanı ərazilərdə basdırdıqları minalar aşkarlandı
Daha 107 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm Qələbənin sevincini yaşadığımız bu günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı sahəsində də mühüm addımlar atılır.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu gün nazirlik tərəfindən 107 mənzil və fərdi ev, o cümlədən Gəncə şəhərində 50 mənzil və müxtəlif bölgələrdə 57 fərdi ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə verilib.
Gəncədə mənzillərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev iştirak ediblər.
Qeyd edilib ki, 44 günlük Vətən müharibəsinin ilk günündən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuz erməni silahlı birləşmələrini torpaqlarımızdan qovmağa başladı və ərazilərimiz bir-birinin ardınca işğaldan azad edildi. Bu zəfər, Azərbaycan əsgər və zabitlərinin şücaətlərlə zəngin uğurlu hərbi əməliyyatları, düşmənə sarsıdıcı zərbələr endirməsi və qısa bir vaxtda Qələbəni təmin etməsi dünya hərb tarixinə qızıl hərflərlə həkk olundu. Azərbaycan təkcə hərbi sahədə deyil, eyni zamanda diplomatiya, siyasət sahəsində də qalib ölkə oldu.
Bu Qələbə ovqatlı günlərimizdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə qayğı da davam edir. Həmin kateqoriyadan olan vətəndaşlar üçün cari ildə rekord səviyyədə, 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 1000-i təqdim edilib və proses davam edir. İndiyədək isə 8558 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.
Yeni mənzil alan şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri bu gün qalib dövlətin vətəndaşları olaraq hər birinin sonsuz fərəh və qürur içində olduqlarını, Ali Baş Komandanımızla fəxr etdiklərini deyib, azad edilmiş ərazilərimizdə Azərbaycan bayrağının dalğalanmasından iftixar hissi keçirdiklərini qeyd ediblər. Bildiriblər ki, Azərbaycanın bu Qələbəsinə, doğma Vətən torpaqlarının mənfur erməni faşizmindən xilas olmasına görə şəhidlərimizin ruhu da sevinir.
Şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri xalqımıza möhtəşəm Qələbə sevinci bəxş etdiyinə və hər zaman həssas qruplara xüsusi qayğl göstərdiyinə, bu gün isə onlara yeni mənzillər təqdim olunduğuna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.