00:30 - Günün qoroskopu
23:30 - Novruz çərşənbələrinin vaxtı açıqlandı
22:30 - Dağ kəndlərimizdə heyvandarlığın inkişafı üçün münbit şərait var
21:16 - Prezident İlham Əliyev xalq artisti Eldar Quliyevi 80 illik yubleyi münasibətilə təbrik edib
21:06 - Prezident İlham Əliyev Eldar Quliyevi “İstiqlal” ordeni ilə təltif edib
20:40 - Sədərəkdə mərasİm evinin tikintisi davam etdirilir
18:09 - Şahbuzda yenidən zəlzələ olub
18:04 - Türkiyə prezidenti: "Ermənistan mənim dostuma, soydaşlarıma təcavüz edir”
17:45 - Hulusi Akar: “Türkiyə, Azərbaycan və Pakistan Qarabağ məsələsində bir ürək oldu”
17:35 - Ərdoğan: "Türkiyənin PUA-ları Qarabağda olduğu kimi müharibə metodlarını dəyişdirib"
17:22 - Azərbaycanda 705 nəfər COVID-19-dan sağalıb, 162 nəfər yoluxub, 8 nəfər vəfat edib
17:17 - Bağdad hava limanı raket atəşinə tutulub
17:05 - Prezident İlham Əliyev Volodimir Zelenskiyə başsağlığı verib
16:56 - Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiyaya 5 298 vətəndaş müraciət edib
Tələbələr Dövlət Miqrasiya Xidmətində istehsalat təcrübəsi keçirlər
Ali məktəb tələbələrinin tədris prosesinin vacib istiqamətlərindən biri də istehsalat təcrübəsidir. Bu baxımdan Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin Beynəlxalq münasibətlər ixtisasının 4-cü kurs tələbələri Dövlət Miqrasiya Xidmətində istehsalat təcrübəsi keçirlər.
Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, ümumilikdə 21 tələbənin iştirak etdiyi təcrübə 16 noyabr - 30 dekabr tarixlərini əhatə edir. Təcrübənin əsas məqsədi tələbələrin nəzəri biliklərini möhkəmləndirmək və sonrakı əmək fəaliyyətində istifadəsini təmin etməkdən, tələbələri ixtisasın profilindən və xüsusiyyətindən asılı olaraq, yeni texnologiyalarla, iş üsulları ilə tanış etməkdən, həmçinin onlarda işgüzarlıq, təşkilatçılıq və texnologiya vərdişləri aşılamaqdan ibarətdir. Bu baxımdan tələbələr Xidmətin müxtəlif struktur bölmələrində mövcud iş prosesi ilə tanış edilir və müəyyən iş bacarıqlarına sahiblənirlər. Təhsil aldıqları ixtisas üzrə təcrübə toplayan tələbələr, gələcək iş həyatlarında mühüm sayılan vərdişlər əldə edirlər.
Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanan və təsdiq olunan tədris proqramlarında Xidmətin təcrübəli əməkdaşları tərəfindən tələbələrə Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilən dövlət miqrasiya siyasətinin xüsusiyyətləri barədə ətraflı məlumatlar verilir. Bu baxımdan miqrasiya proseslərinin yaranmasına səbəb olan siyasi amillər və müasir miqrasiya proseslərinin istiqamətləri, miqrasiya sahəsində tətbiq edilən innovativ yeniliklər, həmçinin bu proseslərinin həyata keçirilməsində informasiya təminatının rolu barədə təsəvvürün yaranması məqsədilə onların ayrı-ayrı sahələrlə tanışlığı da təmin olunur.
Eyni zamanda vətəndaşlıq məsələlərinə baxılması, miqrasiya sahəsində uçot sisteminin tətbiqi və monitorinqin həyata keçirilməsi mövzularında da tələbələrə geniş məlumatlar verilir.
Dərslər daha çox slayd və vidoeçarxlarla tədris olunur ki, bu da təcrübə zamanı dərslərin effektiv və keyfiyyətli formada öyrənilməsi üçün müstəsna əhəmiyyətə malikdir.
Məlum olduğu kimi bu gün muxtar respulikamızda insan hüquq və azadlıqlarına xüsusi diqqətlə, həssaslıqla yanaşılır. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanması Mərkəzi bunun əyani göstəricisidir. Təcrübə müddətində tələbələrin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin iş prinsipi və fəaliyyətilə də tanışlığı həyata keçirilib.
Sonda istehsalat təcrübəsini uğurla başa vuran tələbələrə şəhadətnamələr təqdim ediləcək.