16:00 - Azərbaycan ilə Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
15:45 - XİN: Azərbaycan Prezidenti Qarabağın statusu məsələsini tarixin zibilliyinə yollayıb
15:30 - 107 gün idi itkin düşən zabitimizin şəhid xəbəri gəldi
15:17 - Ermənistanda İkinci Qarabağ müharibəsinin yekunları ağır qəbul edilir - Rusiyalı ekspert
15:13 - İranda koronavirusdan daha 75 nəfər ölüb
15:00 - Naxçıvan Bölməsinin Elmi Kitabxanasında yeni virtual sərgi təşkil olunub
14:43 - Sabaha olan hava proqnozu
14:30 - Bağçalar nə zaman açıla bilər? - Rəsmi AÇIQLAMA
14:23 - Füzulinin Qarğabazar kəndindən görüntülər
14:22 - Sentyabrın 15-dən indiyədək 14 758 şagird, 7 090 müəllim COVID-19-a yoluxub
14:13 - Ermənistan tərəfdən Qarabağda döyüşlərə cəlb edilən daha iki terrorçu barədə cinayət işi başlandı
14:05 - Azərbaycanda İqtisadi Zonaların İnkişafı Agentliyi yaradıldı - FƏRMAN
14:00 - “R-Pharm"ın COVID-19-a qarşı mübarizə üzrə qlobal proqramı
13:51 - ABŞ-a təyyarə ilə gələnlər üçün karantin tətbiq olunub
13:41 - Rusiyada pandemiya qurbanlarının sayı 68 412-yə çatıb
Naxçıvan Dövlət Universitetinin tələbələri onlayn kursa qoşulublar
Naxçıvan Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə II kurs tələbələri Avropa Şurası HELP proqramının onlayn kursuna qoşulublar. “Avropa İnsan Hüquqları Məhkəməsinə və Avropa İnsan Hüquqları Konvensiyasına giriş” adlanan kursda tələbələr Avropa İnsan Hüquqları Konvensiyasında təsbit edilən normalar, Avropa İnsan Hüquqları Məhkəməsi strukturu, məhkəməyə müraciət etmə qaydası, qərarların qəbul edilməsi, qərarların icrasına nəzarət edilməsi kimi məsələləri öyrəniblər.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,təqdimat zamanı tələbələr “HELP” proqramının xüsusiyyətləri, onlayn tədrisin əhəmiyyəti və proqramın platformasında qeydiyyatdan keçmək yolu ilə tanış olublar. Eyni zamanda iştirakçılara platformada yerləşdirilmiş onlayn sərbəst və distant kurslara yazılmaq və kurs materiallarından maksimal dərəcədə yararlanmaq yolları izah edilib.
Hər modulun sonunda biliklərin qiymətləndirilməsi aparılıb və tələbələr kursu müvəffəqiyyətlə bitirərərək Avropa Şurası HELP proqramının sertifikatı ilə təltif olunublar.
Qeyd edək ki, “HELP” Proqramı hüquqşünaslar üçün Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ və Avropa İnsan Hüquqları Konvensiyasının tətbiqi sahəsində yeniliklər ilə tanış olmaq imkanı yaradır.