SON DƏQQƏ

naxcivanxeberleri.com

"Naxçıvan Könüllülərinin Birlik Həftəsi"davam edir -FOTO

"Naxçıvan Könüllülərinin Birlik Həftəsi"davam edir -FOTO
28-11-2020, 19:41

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən start verilmiş “Naxçıvan Könüllülərinin Birlik Həftəsi” çərçivəsində könüllülər “Könüllülük sərhəd tanımır!” devizi altında xüsusi qayğıya ehtiyacı olan şəxsləri ziyarət ediblər.

Fondun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Azərbaycan xalqının əsrlər boyu yaşatdığı və nəsildən-nəslə ötürdüyü qarşılıqlı dəstək, qayğıkeşlik, təmənnasız yardım kimi ənənələri davam etdirən Naxçıvan könüllüləri qayğıya ehtiyacı olan tənha insanları, sağlamlıq imkanları məhdud şəxsləri diqqətdən kənarda qoymur, onlara həm qayğı, həm də ünsiyyət bəxş edirlər.

Elə Könüllülük Həftəsi çərçivəsində də könüllülər ahıl və xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara hədiyyələr aparmaqla yanaşı, onlarla maraqlı vaxt keçirib, çay süfrəsində səmimi söhbət edib, onların səhhətləri və qayğıları ilə də yaxından maraqlanıblar.

Aksiyanın məqsədi tənha yaşayan yaşlı vətəndaşlarımızın, sağlamlıq imkanları məhdud şəxslərin könüllülər tərəfindən ziyarət olunması, onların yalnız olmadığının, könülüllərin hər zaman dəstək olmağa hazır olduqlarının hiss etdirilməsi, cəmiyyət arasında könüllü yardımlaşmağın təbliğ olunmasından ibarət olmuşdur.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031