16:35 - Dubaya giriş qaydaları sərtləşdirildi
16:27 - Azərbaycan sahibkarlarının Qarabağla bağlı planları məlum olub
16:16 - Türkiyə ABŞ və Çindən sonra ən çox vaksin layihəsi reallaşdıran ölkədir - Ərdoğan
16:05 - AVRO-2023: Millimizin rəqibləri bəlli oldu
15:46 - Muxtar respublikada sahibkarlığın və iqtisadiyyatın inkişafı diqqət mərkəzindədir
15:35 - Tokio olimpiadasının tamaşaçısız keçirilmə variantı araşdırılır
15:28 - İranda gün ərzində 6,5 min nəfər koronavirusa yoluxub, 85 nəfər koronavirusdan ölüb
15:08 - Vaksinasiya bu müddətə müsbət nəticə verəcək - Komitə sədrindən AÇIQLAMA
15:00 - Qarabağ işçi qrupunun gündəliyi açıqlandı
14:48 - ÜST daha bir pandemiya barədə xəbərdarlıq edib
14:37 - Cozef Bayden bir həftədə 43 qərar imzalayıb
14:30 - Sabaha olan hava proqnozu
14:21 - Nazirlik: İşğaldan azad edilən ərazilərdə 87 yeni abidə aşkarlanıb
14:11 - Dünya şahmat tacı uğrunda oyunun vaxtı və yeri açıqlandı
14:00 - “Toyota” son 5 ildə ilk dəfə avtomobil satışlarında lider oldu
Füzulidə avtomobil minaya düşüb, 5 nəfər həlak olub
Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni üsul və metodlardan istifadə edərək dinc sakinlərimizə qarşı cinayət əməllərini törədib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, 28 noyabr saat 15:20-də Azərbaycan Respublikasının vətəndaşları Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu, Hacıyeva Elminaz Məhərrəm qızı və Adilzadə Zibeydə Şakir qızı Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində 90-BL-558 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobillə hərəkətdə olarkən ilkin ehtimala görə tank əleyhinə minaya düşmələri nəticəsində həlak olmuşlar.
Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilmişdir.
Hazırda prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.