23:15 - Türkiyə AVRO-2021-də iştirak hüququ qazanıb
21:34 - Azərbaycanda COVID-19 əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası təsdiq edilib
21:19 - Britaniyada son sutkada koronavirusdan 1295 nəfər ölüb
20:14 - “20 Yanvar - Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir” devizi altında yoldaşlıq görüşü keçirilib
18:34 - Türkiyənin vitse-prezidenti peyvənd olundu
17:32 - Azərbaycanda 650 nəfər COVID-19-dan sağalıb, 402 nəfər yoluxub, 15 nəfər vəfat edib
17:21 - İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub
16:55 - Bu gün Bakıda 554 küçə dezinfeksiya edilib
16:33 - Həbib Nurməhəmmədov bu gün karyerasını bərpa etdiyini açıqlayacaq
16:15 - Ağdam rayonunun Şelli kəndi-VİDEO
16:05 - “Azərlotereya” Türkiyənin “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib - SƏRƏNCAM
16:01 - “Kamaz” helikopterlə toqquşub
15:50 - Çində 5 gün ərzində xəstəxana tikilib
15:19 - Qran-priyə qatılacaq Azərbaycanın yunan-Roma güləşçiləri dəqiqləşib
Şahbuzda yeni meyvə bağ salınıb
Kütləvi şəkildə yaşıllaşdırma və ekoloji problemlərin həlli indi prioritet məsələdir. Bu sahədə aparılan ardıcıl tədbirlər hesabına Şahbuz rayonunda son dövrlərdə yeni meyvə bağlarının salınması diqqət mərkəzində saxlanılır. Tarixən rayonumuzda meyvəçilik daha çox üstünlük verilən təsərrüfat sahələrindən biri olub.
Çünki dağlıq ərazidə yerləşən bölgəmizdə təmiz hava və su, torpağın münbitliyi meyvəçiliyin inkişafında başlıca amillərdəndir. Belə ünvanlarda yüz illər boyu bu üsullardan səmərəli istifadə olunub, növbənöv meyvə bağları salınıb. İndi bu dağ rayonunda tamam başqa mənzərədir. Meyvə bağları öz yerində, həmişəyaşıl gül və dekorativ ağaclar rayon və eləcə də onun kəndlərinin ərazisini tanınmaz edib. Elə bu günlərdə Sələsüz kəndi ərazisində 3,2 hektar sahədə yeni üzüm bağı salınıb. Əraziyə əlvan üzüm sortlarından 5 minə yaxın üzüm tənəyi əkilib. Rayonda iqtisadi əhəmiyyətə malik üzüm bağlarının salınması hər zaman diqqət mərkəzində saxlanılıb.
Ötən illər ərzində rayon ərazisində 20 hektara yaxın üzüm bağı salınıb. Həmçinin Türkeş kəndindəki 2,5 hektarlıq meyvə bağında da yaşıllaşdırma tədbirləri aparılıb. Bağa bərpa məqsədilə 200 meyvə tingi əkilib. Qeyd edək ki, ağacəkmə kampaniyası 2500 rayon sakininin iştirakı ilə keçirilib. Yaşıllaşdırma tədbirləri hər il olduğu kimi, bu il də uğurla davam etdirilir.
Turanə Baxşəliyeva