23:15 - Türkiyə AVRO-2021-də iştirak hüququ qazanıb
21:34 - Azərbaycanda COVID-19 əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası təsdiq edilib
21:19 - Britaniyada son sutkada koronavirusdan 1295 nəfər ölüb
20:14 - “20 Yanvar - Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir” devizi altında yoldaşlıq görüşü keçirilib
18:34 - Türkiyənin vitse-prezidenti peyvənd olundu
17:32 - Azərbaycanda 650 nəfər COVID-19-dan sağalıb, 402 nəfər yoluxub, 15 nəfər vəfat edib
17:21 - İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub
16:55 - Bu gün Bakıda 554 küçə dezinfeksiya edilib
16:33 - Həbib Nurməhəmmədov bu gün karyerasını bərpa etdiyini açıqlayacaq
16:15 - Ağdam rayonunun Şelli kəndi-VİDEO
16:05 - “Azərlotereya” Türkiyənin “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib - SƏRƏNCAM
16:01 - “Kamaz” helikopterlə toqquşub
15:50 - Çində 5 gün ərzində xəstəxana tikilib
15:19 - Qran-priyə qatılacaq Azərbaycanın yunan-Roma güləşçiləri dəqiqləşib
Bakı küçələri növbəti dəfə dezinfeksiya edilir
Ölkə rəhbərliyinin Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bu epidemiyaya qarşı tədbirlərin daha da genişləndirilməsi məqsədi ilə kompleks tədbirlər davam etdirilir.
İcra Hakimiyyətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, son günlərdə koronavirusa (COVID-19) yoluxanların sayında kəskin artımın olması nəzərə alınaraq bu gün səhər saatlarından etibarən qurumun strukturları tərəfindən artıq 17-ci dəfə paytaxtdakı əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.
Bu işlərə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 000 nəfər əməkdaşı cəlb edilib.
Gün ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaqdır. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsilə xəbərdarlıq ediliblər.
Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdirirlər.
Bildirilib ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır.
Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronovirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.