SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda yaz-tarla işlərinə hazırlıqla əlaqədar keçirilən səyyar müşavirədə meliorativ tədbirlər diqqətdə saxlanılıb

Naxçıvanda yaz-tarla işlərinə hazırlıqla əlaqədar keçirilən  səyyar müşavirədə meliorativ tədbirlər diqqətdə saxlanılıb
18-03-2019, 20:25

Meliorasiya və su təsərrüfatı ölkənin iqtisadiyyatının, xüsusi ilə kənd təsərrüfatının inkişafında, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm rol oynayır.

Naxçıvan Muxtar Respublikasının Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, kənd təsərrüfatının inkişafı baxımından meliorativ tədbirlərin vaxtında və effektiv şəkildə həyata keçirilməsi işi çox vacib məsələlərdəndir. Suvarma işlərinin düzgün aqrotexniki qaydada həyata keçirilməsi torpaqların məhsuldarlığını yüksəldir, onun münbitliyini artırır.
Əkinçiliyin inkişafı sahəsində həyata keçirilən tədbirlər sırasında müasir meliorasiya və irriqasiya sistemlərinin qurulması mühüm əhəmiyyət daşıyır. Tikilən anbarlar, çəkilən kanallar minlərlə hektar əkin sahəsinin suvarılmasında həlledici rol oynayır. Meliorativ tədbirlər kənd təsərrüfatının inkişafına bilavasitə təsir edən infrastruktur layihələrdir. Muxtar respublikada bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Mütərəqqi suvarma şəbəkələri qurulur, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır.
Meliorasiya və su təsərrüfatı sahəsi dövlət qayğısı ilə tam əhatə olunmuş sahələrdən biridir və son illər məhz bu qayğının, diqqətin nəticəsində bu sahənin inkişafı gözlə görüləcək dərəcədə birə-beş artmışdır. Ötən günlərdə muxtar respublikada yaz-tarla işlərinə hazırlıqla əlaqədar səyyar müşavirə keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək demişdir: Muxtar respublikada həyata keçirilən tədbirlər kənd təsərrüfatının inkişafını təmin etmiş, əkinəyararlı torpaqlar əkin dövriyyəsinə qatılmış, aqrar sahədə məhsul istehsalı artırılmışdır. Meliorativ tədbirlərin görülməsi, torpaqların su təminatının yaxşılaşdırılması, yeraltı suvarma şəbəkələrinin qurulması, yeni subartezian quyularının qazılması, kəhrizlərin bərpası, suvarma kanallarının mütəmadi təmizlənməsi və anbarlara suyun yığılması əkilən torpaqlardan səmərəli istifadə olunmasına imkan verir.
Muxtar respublikada suvarılan torpaq sahələrinin genişləndirilməsi, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması və ərzaq təhlükəsizliyinin təmin olunması üçün verilən tapşırıqlar Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin qarşısında qoyulan yeni vəzifələrdəndir. Buna görə də əkin sahələrinin genişdirilməsi üçün yeni torpaq sahələri əkin dövriyyəsinə qatılmalı, əkilən torpaqların məhsuldarlığı artırılmalıdır. Məhsuldarlığın artırılmasının əsas şərtlərindən biri əkilən sahənin suvarma suyu ilə təmin olunmasıdır.
Son illərdə əkilməyən torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunmasını, münbitliyinin qorunması və artırılması üçün kompleks tədbirlər həyata keçirilir. Nəticədə belə torpaq sahələri yenidən gəlir mənbəyinə çevrilir. Eyni zamanda həmin sahələrdə əkin prosesinin aparılması bol məhsulun əldə edilməsinə şərait yaradır. Çünki, bol məhsul istehsalı muxtar respublika iqtisadiyyatının inkişafı ilə yanaşı, həm də əhalinin ərzaqla təminatının yaxşılaşdırılmasına xidmət edir. Bu isə ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verir. Belə bir deyim var, su bolluqdur, həyatdır, mədəniyyətdir, iqtisadiyyatın aparıcı qüvvəsidir və ən nəhayət əhəmiyyətli təbii sərvətdir.


Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031