00:30 - Günün qoroskopu
23:45 - Çinli mütəxəssislər Pfizer peyvəndinin yaşlılara vurulmasına qarşıdır
22:57 - ABŞ kubalı nazirə qarşı sanksiya tətbiq edib
22:21 - Naxçıvan: İnkişaf edən, logistik mərkəzə çevrilən qədim diyar - FOTO
22:10 - Ötən ilin yekunları müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib
20:47 - Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib
20:33 - Kainatın ən qədim planeti aşkar edilib
20:19 - Şahmatçılar “Şəhidlər ölməz Vətən bölünməz” devizi altında yoldaşlıq görüşü keçirəcəklər
20:06 - İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib
19:52 - BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq
19:42 - Muxtar respublikada növbəti humanitar tibbi aksiyalara start verilib-FOTO
19:31 - Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
“Azərbaycanda bank sektoru: problemlər və onların həlli yolları” mövzusunda konfrans keçirilib-FOTO
“Naxçıvan” Universitetində İdarəetmə kafedrasının təşkilatçılığı ilə “Azərbaycanda bank sektoru: problemlər və onların həlli yolları” mövzusunda elmi-praktik konfrans keçirilib.
Universitetin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, "Naxçıvan" Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açaraq bildirib ki, bankların iqtisadi inkişafda və pul-kredit münasibətlərinin tənzimlənməsində mühüm rolu vardır. Dünyadakı mürəkkəb iqtisadi şəraitdə bankların verdiyi qərarlar cəmiyyət tərəfindən maraqla izlənilir, iqtisadi mənafelərin qorunması baxımından bu vacib institusional qurumlar qarşısında mühüm məsuliyyət yaranır.
Daha sonra Azərbaycan Respublikası Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Azər Səfərovun “Bankların maliyyə sistemində rolu”,İdarəetmə kafedrasının müəllimi Murad Sevdimalıyevin “Bank sektorundakı mövcud problemlər və onların həlli yolları” və universitetin “Mühasibat uçotu və audit”ixtisası üzrə III kurs tələbəsi Səma İsmayılovanın “Azərbaycanda bank sektorunun yaranması və inkişaf tarixi” mövzularında çıxışları dinlənilib.
Bildirilib ki, Mərkəzi Banklar bu gün istənilən inkişaf etmiş dövlətin maliyyə sistemində ən başlıca tərkib elementlərdən biri rolunu oynayır, bu qurum ölkənin rəsmi pul-kredit siyasətini bilavasitə həyata keçirən vasitəçi rolunda çıxış edir. Pul-kredit siyasəti özlüyündə əlbəttə ki, büdcə siyasəti ilə birlikdə, bütünlükdə ölkə iqtisadiyyatının dövlət səviyyəsində tənzimlənməsi üçün təməl qismində çıxış edə bilər. Məhz buna görə də Mərkəzi Bankın fəaliyyətinin effektiv aspektləri bütünlükdə bazar iqtisadiyyatının işinin effektiv təşkili üçün olduqca vacib şərt rolunu oynayır.
Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.