10:00 - Türkiyədə koronavirusdan sağalanların sayı 2,3 milyon nəfəri ötüb
09:45 - Çilidəki zəlzələdən sonra Antarktikadan 160-dan çox insan təxliyə edilib
09:00 - Azərbaycan Kubokunda yeni mövsüm başlayır
00:30 - Günün qoroskopu
23:30 - Novruz çərşənbələrinin vaxtı açıqlandı
22:30 - Dağ kəndlərimizdə heyvandarlığın inkişafı üçün münbit şərait var
21:16 - Prezident İlham Əliyev xalq artisti Eldar Quliyevi 80 illik yubleyi münasibətilə təbrik edib
21:06 - Prezident İlham Əliyev Eldar Quliyevi “İstiqlal” ordeni ilə təltif edib
20:40 - Sədərəkdə mərasİm evinin tikintisi davam etdirilir
18:09 - Şahbuzda yenidən zəlzələ olub
18:04 - Türkiyə prezidenti: "Ermənistan mənim dostuma, soydaşlarıma təcavüz edir”
17:45 - Hulusi Akar: “Türkiyə, Azərbaycan və Pakistan Qarabağ məsələsində bir ürək oldu”
17:35 - Ərdoğan: "Türkiyənin PUA-ları Qarabağda olduğu kimi müharibə metodlarını dəyişdirib"
Qızları Allahverdi Bağırovun Ağdamdakı məzarını ziyarət edib
Azərbaycanın Milli Qəhrəmanı, şəhid Allahverdi Bağırovun hərbçi qızları atalarının Ağdamdakı məzarını ziyarət ediblər.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Milli Qəhrəmanın hər iki qızı Dövlət Sərhəd Xidmətinin (DSX) zabitləridir.
DSX-nın Tibb xidməti kapitanı Aynur Bağırova və polkovnik-leytenant Zümrüd Bağırova Ağdam torpağına yenidən qayıtdıqları üçün özlərini xoşbəxt hiss etdiklərini bildiriblər. Onlar torpaqlarımızın işğaldan azad edilməsinə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və müzəffər Azərbaycan Ordusuna minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, 1993-cü ildə işğal edilmiş Ağdam 20 noyabr 2020-ci il tarixində işğaldan azad olunub.