00:30 - Günün qoroskopu
23:30 - İnstaqramda yeni funksiya yaradılır
22:41 - Türkiyənin bəzi vilayətlərində komendant saatı ləğv olunub
22:28 - Aleksandr Lukaşenko oğlunu vəzifədən azad etdi
21:40 - Özbəkistanda koronavirusa qarşı ilk peyvənd qeydə alınıb
21:07 - Təhsil Nazirliyinə birbaşa tabe məktəblərin şagirdləri arasında dram müsabiqəsi keçirilib-FOTO
20:32 - Paşinyan Ermənistanın sabiq prezidentini ordunu onun üzərinə qaldırmaqda ittiham edib
19:56 - Mövsüm mərasimlərindən ikinci ilaxır çərşənbə – Torpaq çərşənbəsi
19:48 - "Google Chrome" Azərbaycan internet bazarında liderliyini davam etdirir
19:39 - Azərbaycanda zəlzələ olub
18:55 - Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşüb
18:41 - Milyonlarla VPN istifadəçilərinin məlumatları internetə sızıb
Yararlıq müddəti nədir və bu müddət necə hesablanır?
Mülki qanunvericiliyə əsasən qanunvericilik, dövlət standartlarının məcburi tələbləri və ya digər məcburi qaydalar ilə əşyanın təyinatı üzrə istifadəyə yararlığına hədd qoyan müddət müəyyənləşdirilə bilər ki, buna yararlıq müddəti deyilir. Satıcı yararlıq müddəti müəyyənləşdirilmiş əşyanı alıcıya elə hesabla verməlidir ki, yararlıq müddəti bitənədək əşyadan təyinatı üzrə istifadə edilə bilsin.
Əşyanın yararlıq müddəti onun hazırlandığı gündən hesablanan, istifadəyə yararlığını göstərən vaxt dövrü ilə və ya əşyanın istifadəyə yararlığının bitdiyi tarixlə müəyyənləşdirilir.
Sualı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı cavablandırır.