SON DƏQİQƏ

naxcivanxeberleri.com

Tərtər rayonunun Şıxarx qəsəbəsində qaz xətlərinin təmirinə başlanıldı

Tərtər rayonunun Şıxarx qəsəbəsində qaz xətlərinin təmirinə başlanıldı
25-11-2020, 18:18

Tərtər rayonunda məcburi köçkünlərin məskunlaşdığı Şıxarx qəsəbəsində Vətən müharibəsi zamanı düşmənin namərd atəşi nəticəsində qaz təsərrüfatına dəyən ziyan aradan qaldırılır.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, qurumun baş direktoru Ruslan Əliyevin göstərişi ilə Bakıdan Tərtər rayonuna bir neçə tikinti heyəti yola salınıb. Lazımi avadanlıqlarla təchizat məsələləri də yüksək səviyyədə həll olunur.

Şıxarx qəsəbəsində 34 yaşayış binasında hazırda 1 172 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Bölgədə yalnız bu ərazidə sakinlər qaz almır.

Döyüşlər zamanı düşmənin qaz təsərrüfatına ziyan vurduğu Tərtər Regional qaz istismarı İdarəsinin xidmət sahəsinə daxil olan digər rayonlarda - Ağdam, Ağcabədi, Bərdə, Beyləqan və Füzulidə bütün problemlər aradan qaldırılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031