11:19 - Türkiyə şirkətləri azad edilmiş ərazilərin bərpasına dəstək üçün Azərbaycana gəlib
11:11 - Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı iclas keçiriləcək
11:11 - Xınalıq yolu buz bağladı
11:00 - Azərbaycan neftinin qiyməti 57 dollara yaxınlaşıb
10:30 - Azərbaycanda propilen və polietilen istehsalı ötən il artıb
10:21 - Bu gündən şagirdlərin məktəbdaxili qiymətləndirilməsinə başlanılıb
10:10 - Qanunsuz ov edən və ov məhsullarını satan şəxslər cəzalandırılıb
10:00 - Keçən il Azərbaycanda bu xəstəliklər qeydə alınmayıb
09:48 - Ötən il Azərbaycanda 3 500 kq-dən çox qızıl istehsal edilib
09:41 - Bakıya ilk qar yağdı
09:30 - Yanvarın 21-də xarici valyutaların manata qarşı məzənnələri
09:09 - Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə ticarət dövriyyəsi artıb - Statistika
09:00 - Ceyhun Bayramovun Türkmənistana səfəri başlayıb
00:30 - Günün qoroskopu
Kəlbəcərin kosmosdan görüntüsü yayılıb
"Azərkosmos" ASC bu gün işğaldan azad olunmuş Kəlbəcər rayonunun “Azersky” peyki ilə çəkilmiş görüntüsünü yayıb.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, səhmdar cəmiyyətinin bununla bağlı açıqlamasında deyilir:
"Ali Baş Komandan İlham Əliyevin diplomatik danışıqlar müstəvisində böyük ustalığı və ordumuzun döyüş meydanında göstərdiyi şücaəti sayəsində torpaqlarımızın hər bir qarışı erməni işğalından azad olur.
İşğal dövrü ərzində Kəlbəcər rayonunda xeyli sayda tarixi-mədəniyyət abidəsi, muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni vandalları tərəfindən xarabalığa çevrilib.
Rayonun ərazisindəki Qafqaz Albaniyası memarlığının nümunəsi olan “Xudavəng” və “Gəncəsar” monastır kompleksləri ermənilərin təcavüzünə məruz qalıb, işğalçı tərəfindən bu məbədlər erməni kilsəsi kimi təqdim olunublar. Kəlbəcəri tərk edərkən evləri, meşələri yandıraraq rayonun ekoloji durumuna ziyan vermələri erməni barbarlığının ən son nümunəsidir".
Bu gündən etibarən Kəlbəcər azaddır! Biz qalib gəldik!
Kəlbəcər Azərbaycandır! Qarabağ Azərbaycandır!"