21:30 - Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi çempion olub
20:56 - Monitorinqlər davam etdirilir
20:20 - Naxçıvan Dövlət Universitetində tələbələrlə maarifləndirici görüş keçirilib
19:46 - Türkiyənin xarici ticarət dövriyyəsi 248 milyard dolları ötüb
18:47 - Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq
18:02 - Aşıq Ələsgərin heykəlinin hazırlanması üçün müsabiqə başa çatıb
17:35 - Vladimir Solovyov: “Öz adımdan Azərbaycandan üzr istəyirəm”
17:17 - Ukrayna azad etdiyi İlan adasına qoşun yerləşdirməyə hazırlaşır
17:02 - Gənclər üçün ödənişsiz ilk yardım təlimləri başa çatıb-FOTO
16:45 - Qazlı içkilərin insan orqanizminə təsiri
16:12 - Dəniz nəqliyyatı işçiləri təltif edilib - SİYAHI, SƏRƏNCAM
16:07 - “Nağdsız hesablaşmalar haqqında” qanunun əhatə dairəsi genişləndirilib
Naxçıvan Müəllimlər İnstitutunda tədbir keçirilib
17 noyabr 2020-ci il tarixində Naxçıvan Müəllimlər İnstitutunda keçirilmiş tədbir “Zirvələrdə dalğalanan Azərbaycan bayrağı” mövzusuna həsr olunmuşdur.
İnstitutun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov tədbiri giriş sözü ilə açaraq Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın əzəli torpaqlarının işğaldan azad olunması münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir. Rektor qeyd etmişdir ki, Azərbaycan dövlətçiliyinin ən şanlı tarixlərindən birinə şahidlik edirik. Qarabağ döyüşlərində bayrağımız əsgərlərimiz tərəfindən göz bəbəyi kimi qorundu. Bu bayraq uğrunda nə qədər igid oğullarımız canlarından keçdilər. Onların qəhrəmanlığı sayəsində işğaldan azad edilmiş doğma Qarabağımızda bu gün bayrağımız dalğalanır. Bugünki gənclik də yüksək təhsil almaqla, öz tarixini, mədəniyyətini dərindən öyrənmək və qorumaqla bu qələbəyə öz töhfəsini verməlidir.
Sonra institutun “Təsviri incəsənət müəllimliyi” ixtisası tələbələrinin təqdimatında sərgiyə baxış keçirilmişdir. Həmçinin, tələbələrin ifasında tədbir iştirakçılarına ədəbi-bədii kompozisiya təqdim edilmişdir.