SON DƏQİQƏ

naxcivanxeberleri.com

“17 noyabr  Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı  günüdür” mövzusunda konfrans keçirilib-FOTO

“17 noyabr  Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı  günüdür” mövzusunda konfrans keçirilib-FOTO
17-11-2020, 09:16

“Naxçıvan” Universitetində Ümumi tarix kafedrasının təşkilatçılığı ilə “17 noyabr  Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı  günüdür” mövzusunda elmi  konfrans keçirilib.

Universitetin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,əvvəlcə “Naxçıvan” Universitetinin   şəhid olan ilk məzunu Orxan Paşazadənin, eləcə də ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə şəhid olmuş qəhrəman Vətən oğullarının və erməni faşistlərinin şəhərlərimizə, kəndlərimizə endirdikləri raket zərbələri nəticəsində qətlə yetirilmiş dinc sakinlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il 17 noyabr tarixli Sərəncamına əsasən hər il noyabr ayının 17-si Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında dövlət atributlarına hörmət və ehtiram keçmişdə də, bu gün də yüksək səviyyədədir. Bunun bir səbəbi də şərəfli tariximiz ilə bağlıdır. Beşminillik şəhər mədəniyyəti tarixinə malik Naxçıvan dünya sivilizasiyasına möhtəşəm mədəniyyət nümunələri ilə yanaşı, yüzillər boyu formalaşmış böyük dövlətçilik ənənələrini də miras qoyub.

Bu gün  Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal olunmuş tarixi və əzəli torpaqlarımızı düşmən tapdağından azad edir və üçrəngli bayrağımızı torpaqlarımızda dalğalandırır.

Daha sonra Ümumi tarix kafedrasının müəllimləri  professor  Vəli Baxşəliyevin “Bayrağımız müstəqilliyimizin rəmzidir”, Nuray Hacıyevanın “1990-1993-cü illərdə  Naxçıvanda Demokratik dəyişikliklər - Bayrağın qəbul olunması” mövzusunda  məruzələri, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanovun və dosent Elçin Zamanovun mövzu ətrafında çıxışları dinlənilib.

Bildirilib ki, üçrəngli, aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağımız 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin dövründə ölkəmizin səmasında dalğalandırılıb. Yalnız 70 il sonra, 1990-cı il noyabrın 17-də xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycanın milli dövlət dirçəlişi prosesinin həyata keçirilməsi məsələsi geniş müzakirə olunub, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunması, Naxçıvan MSSR-in adından “sovet” və “sosialist” sözlərinin çıxarılaraq Naxçıvan Muxtar Respublikası adlandırılması barədə tarixi qərar qəbul edilib.

Qeyd olunub ki,  həmin dövrü xarakterizə edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Ulu öndər Heydər Əliyev Naxçıvanda siyasi fəaliyyət göstərdiyi qısa zaman kəsiyində müstəqil, demokratik və dünyəvi dövlət yaradılması üçün mühüm siyasi və ideoloji amilə çevrilən tarixi qərarlar qəbul etdi. Azərbaycanın müstəqil dövlət kimi sonrakı fəaliyyətinin bir sıra konseptual istiqamətləri məhz bu dövrdə işlənib hazırlandı. İlk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət Bayrağı kimi qəbul olundu”.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Temmuz 2022    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031