SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Görüş yeri” kafesində Novruz bayramı münasibətilə sağlamlıq imkanları məhdud uşaqlarla tədbir keçirilib-FOTO

“Görüş yeri” kafesində Novruz bayramı münasibətilə sağlamlıq imkanları məhdud uşaqlarla tədbir keçirilib-FOTO
16-03-2019, 12:06

“Görüş yeri” kafesində Novruz bayramı münasibətilə sağlamlıq imkanları məhdud uşaqlarla “Birlik” adlı əyləncəli tədbir keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, əvvəlcə Gənclər və İdman Nazirliyinin şöbə müdiri Tahir Məmmədli çıxış edərək muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslər üçün yaradılmış şəraitdən, bu sahədə icra edilən dövlət proqramları, görülən işlər haqqında məlumat vermişdir. Həmçinin, Gənclər və İdman Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya olunması və onların sosiallaşması məqsədilə də mütəmadi olaraq müxtəlif səpkili tədbirlər keçirilir deyən şöbə müdiri sonda tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik etmişdir. Tədbirdə Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin yeniyetmələrdən ibarət rəqs qrupunun ifasında rəqslər, Naxçıvan Dövlət Uşaq Teatrının kollektivinin hazırladığı “Çay dəsgahı” tamaşası, fəal gənclər tərəfindən hazırlanmış rəqslər nümayiş olunmuş, 10 sualdan ibarət viktorina təşkil olunmuş, Novruz bayramının simvolları olan kosa və keçəl iştirak etmişdir. Həmçinin fəal gənclər tərəfindən uşaqlara müxtəlif üz rəsmləri çəkilmişdir. Sonda viktorinanın qaliblərinə Gənclər və İdman Nazirliyinin diplomları, digər iştirakçılara isə fəal iştiraklarına görə fəxri fərmanlar və hədiyyələr, tədbirin keçirilməsi üçün ideya müəllifləri olan fəal gənclər Nurlan Bağırlı və Gülay Quliyevaya Nazirlik tərəfindən “Təşəkkürnamə”lər təqdim olunmuşdur. 60 nəfərin iştirak etdiyi tədbir Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir. Tədbir Gənclər və İdman Nazirliyinin rəsmi sosial şəbəkə hesablarında canlı olaraq paylaşılmışdır.
“Görüş yeri” kafesində Novruz bayramı münasibətilə sağlamlıq imkanları məhdud uşaqlarla tədbir keçirilib-FOTO“Görüş yeri” kafesində Novruz bayramı münasibətilə sağlamlıq imkanları məhdud uşaqlarla tədbir keçirilib-FOTO
“Görüş yeri” kafesində Novruz bayramı münasibətilə sağlamlıq imkanları məhdud uşaqlarla tədbir keçirilib-FOTO
“Görüş yeri” kafesində Novruz bayramı münasibətilə sağlamlıq imkanları məhdud uşaqlarla tədbir keçirilib-FOTO
“Görüş yeri” kafesində Novruz bayramı münasibətilə sağlamlıq imkanları məhdud uşaqlarla tədbir keçirilib-FOTO

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031