SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan şəhəri və şəhər ətrafı ərazilərdə ekoloji monitorinq keçirilib

Naxçıvan şəhəri və şəhər ətrafı ərazilərdə ekoloji monitorinq keçirilib
15-03-2019, 15:06

Ətraf mühitin mühafizəsi, tullantıların idarə olunması, ətraf mühitin normadan artıq çirklənməsinə səbəb olan halların qarşısının alınması, yaşıllıqların qorunması, bu sahədə idarəetmə sisteminin səmərəli fəaliyyətinin təmin edilməsinə nəzarəti gücləndirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mart ayının 13-14-də Naxçıvan şəhəri və şəhər ətrafı ərazilərdə ekoloji monitorinq keçirilib.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, keçirilən monitorinq zamanı Naxçıvançayında, digər su mənbələrində, içməli sularda və onların ətraf ərazilərində ətraf mühitin mühafizəsi, sanitar təmizlik qaydalarına riayət edilməsinə nəzarətin təmin edilməsi, həmçinin yaşıllıq sahələrində, yeni əkiləcək ərazilərdə, tullantı poliqonlarında ekoloji qiymətləndirmə işi aparılmışdır. Monitoriqlərdə eyni zamanda yaşayış məntəqələrində məişət tullantılarının toplanması üçün yerləşdirilmiş təmizlik qutularına, tullantıların toplandığı poliqonlara, aparılan sanitar təmizlik işlərinə baxış keçirilmişdir. Naxçıvan şəhəri Su Təmizləyici Qurğular Kompleksinə aid olan ümumi su tutumu 25 min kubmetr olan su anbarına daxil olan və anbardan çıxan, içməli su kimi istifadə olunan sudan analiz-təhlillər aparmaq üçün nümunələr götürülmüşdür. Aparılan monitorinqlər zamanı aşkarlanmış çatışmamazlıqlar, xüsusilə yaşıllıq ərazilərində təmizlik işlərinə diqqətin artırılması haqqında aidiyyatı dövlət orqanı məlumatlandırılmışdır.
Nəticə olaraq bildirilir ki, Naxçıvan şəhərində əhalinin istifadə etdiyi içməli sular ekoloji, sanitar normalara cavab verir, istifadə üçün tam yararlıdır. Çay vadilərində, yaşayış məntəqələrində ciddi ekoloji zidd hallar aşkarlanmadı. Yaşıllıq sahələrində təmizlik işlərinə diqqət artırılmalıdır
Suların, su nohurlarının, çayların, istirahət mərkəzlərində, təbiət ərazilərində olan bulaqlarımızın ekoloji təmizliyi hər birimizin təbiətə olan münasibətindən də asılıdır. Böyük təbiət şunas alimimiz, akademik Həsən Əliyev deyirdi: “Hər şeyi təmiz olması üçün su ilə yuyurlar, sular çirklənəndə isə onu təmizləmək çətin olur”. Gəlin sularımızı, təbiətimizi çirkləndirməyək, şəhərimizi təmiz saxlayaq!

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031