SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ali təhsil ocağında Cəlil Məmmədquluzadənin “Hekayələr” kitabı müzakirə olunub

Ali təhsil ocağında Cəlil Məmmədquluzadənin “Hekayələr” kitabı müzakirə olunub
15-03-2019, 12:30

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Cəli Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilən Cəlil Məmmədquluzadənin “Hekayələr” kitabı müzakirə olunub.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında”, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamlara uyğun olaraq ölkəmizdə, o cümlədən muxtar respublikada silsilə tədbirlər keçirildiyini vurğulayıb.
Jurnalistika və kitabxanaçılıq kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov Ali Məclis Sədrinin Oxunması zəruri olan kitabların siyahısında Mirzə Cəlil hekayələrinin yer almasını ədibin irsinə verilən ən yüksək qiymətin təzahürü kimi dəyərləndirib. Cəlil Məmmədquluzadənin zəngin və çoxcəhətli yaradıcılığından bəhs edilib. Bildirilib ki, qüdrətli qələm ustası ədibin zəngin irsi bədii-estetik düşüncə tariximizin parlaq səhifələrindəndir.
Ədibin hekayələrinin müzakirəsində yaxından iştirak edən tələbələr Mirzə Cəlilin “Anamın kitabı” povestini də bədii təhlil ediblər. Rektor belə müzakirələrin keçirilməsinin tələbələrin mütaliə vərdişində əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.
Ali təhsil ocağında Cəlil Məmmədquluzadənin “Hekayələr” kitabı müzakirə olunubAli təhsil ocağında Cəlil Məmmədquluzadənin “Hekayələr” kitabı müzakirə olunub
Ali təhsil ocağında Cəlil Məmmədquluzadənin “Hekayələr” kitabı müzakirə olunub

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930