23:30 - Vətənə, yurda sevgi aşılayan, turizmə maraq yaradan məkan...
22:30 - BMT Baş katibi və Ərdoğan Ukraynaya gedir
21:30 - Finlandiyada ikili vətəndaşlığın ləğvi təklif olunub
20:56 - Avropada qazın qiyməti martdan bəri ilk dəfə 2600 dolları ötüb
20:15 - İranda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
19:58 - Sağlamlıq imkanları məhdud şəxslər arasında armrestlinq üzrə muxtar respublika birinciliyi keçirilib
19:18 - Azərbaycan cüdoçuları İslamiadanı 5 medalla başa vurublar
18:30 - “ANAMA” sənədli filminin çəkilişləri yekunlaşıb-FOTO
18:00 - Türkiyə və Ukrayna müdafiə nazirləri arasında telefon danışığı olub
17:30 - Ukrayna DİN: "Müharibənin sonu hələ çox uzaqdadır"
17:07 - "Snayper həddi" müsabiqəsində sınaq atışları yerinə yetirilib-FOTO
16:59 - Ukrayna Prezident Ofisi: "Dünyanın dəstəyinə ehtiyacımız var"
16:31 - MSK Katibliyinin yeni strukturu və ştat cədvəli təsdiqlənib
Başqa işçinin əmək funksiyasının icrasına hansı qaydada yol verilir?
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir.
Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür.
Əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla həmçinin belə boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilir.
Sualı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı cavablandırır.