SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikanın mədəniyyət müəssisələri bayram günlərində də fəaliyyət göstərəcək

Muxtar respublikanın mədəniyyət müəssisələri bayram günlərində də fəaliyyət göstərəcək
15-03-2019, 09:39

Xalqımızın qədim bayramı olan Novruz hər il Naxçıvanda xüsusi təntənə ilə keçirilir.
Ana yurdumuza baharın gəlişi bu il muxtariyyətinin 95 illiyini qeyd etdiyimiz doğma diyarımızda ikiqat bayram sevinci ilə qarşılanır.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Novruz bayramı münasibətilə muxtar respublikanın mədəniyyət müəssisələri və kollektivləri tərəfindən rəngarəng, silsilə tədbirlər hazırlanıb.
Bayram günlərində muxtar respublika sakinlərinin, eləcə də şəhərimizə gələn qonaqların və turistlərin mədəni istirahətlərinin yüksək səviyyədə təşkili üçün mədəniyyət müəssisələri səmərəli fəaliyyət göstərəcək. Bayram günləri – 20, 21, 22, 23 və 24 mart tarixlərdə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı, Estrada Orkestri və Kamera Orkestri, Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental ansamblı və Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblı hər gün “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində konsert proqramı ilə çıxış edəcəklər.
Bayram günlərində muxtar respublikadakı bütün muzey və muzeytipli müəssisələr xidmət göstərəcəkdir. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı 22 mart, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı 20-23 mart, Naxçıvan Dövlət Uşaq Teatrı 20-25 mart tarixlərdə tamaşalar göstərəcəklər. 19-25 mart tarixlərdə muxtar respublikanın 19 kəndində rayon mədəniyyət şöbələrinin, kənd mədəniyyət evləri və klubların, uşaq musiqi məktəblərinin kollektivləri konsert proqramları ilə çıxış edəcəklər. Eyni zamanda martın 25-də Naxçıvan Dövlət Film Fondunda məktəblilər üçün film nümayişi təşkil ediləcəkdir.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 165
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031