SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Naxçıvan” Universitetində “Dünya Pi günü”nə həsr olnmuş tədbir keçirilib-FOTO

“Naxçıvan” Universitetində “Dünya Pi günü”nə həsr olnmuş tədbir keçirilib-FOTO
14-03-2019, 20:09

“Naxçıvan” Universitetində Pedaqoji fakültənin “Riyaziyyat və İnformatika müəllimliyi” ixtisası üzrə I kurs tələbələrinin təşkilatçılığı ilə “Dünya Pi günü” nə həsr olunmuş tədbir keçirilib.
Universitetin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tələbələr arasında riyaziyyat fənninə marağı daha da artırmaq və riyaziyyat fənninin əhəmiyyətini vurğulamaq məqsədilə keçirilən tədbirdə ilk olaraq tələbələrin iştirakı ilə Pi simvolu universitetin meydanında düzəldilib.Daha sonra Pi gününə həsr olunmuş konfrans keçirilib. Konfransda Pi ədədinin tarixi, istifadə yerləri, sənət və musiqidə yeri haqqında maraqlı məlumatlar verilib.
Qeyd edək ki, Pi sayının simvolu “π”, Yunan əlifbasının 16-cı hərfidir. Bu hərf, eyni zamanda, yunanca çevrə mənasını verən “perimetier” sözünün də ilk hərfidir. İsveçrəli riyaziyyatçı Leonard Euler 1737-ci ildə nəşr etdiyi əsərində, çevrə uzunluğunun diametrinə nisbəti söz mövzusu olduğunda, bu simvolu istifadə etdi. Leonard Eulerdən əvvəl gələn bəzi riyaziyyatçılar tərəfindən də bu simvol istifadə edilmişdir. Ancaq Leonard Eulerdən sonra gələn bütün riyaziyyatçılar bu simvolu mənimsəyib istifadə etdilər. ilk dəfə 1988-ci ildə qeyd olunmağa başlayan “Dünya Pi Günü” Amerika və Avropada müxtəlif fəaliyyətlərlə qeyd olunur. "Dünya Pi Günü" 14 Mart tarixində riyaziyyat sevənlər tərəfindən qeyd olunan gündür, çünki Pi ədədi riyaziyyatçılar arasında 3.14 –dür (3-cü ayın 14-ü).
“Naxçıvan” Universitetində “Dünya Pi günü”nə həsr olnmuş tədbir keçirilib-FOTO“Naxçıvan” Universitetində “Dünya Pi günü”nə həsr olnmuş tədbir keçirilib-FOTO“Naxçıvan” Universitetində “Dünya Pi günü”nə həsr olnmuş tədbir keçirilib-FOTO

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 184
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031